Bazar , 16 Fevral 2025
Drone Cameras

Azərbaycan və Çexiya arasında siyasi məsləhətləşmələr olacaq

Azərbaycan və Çexiya bu ilin birinci yarısında Praqada keçirilməsi planlaşdırılan siyasi məsləhətləşmələr zamanı siyasi əməkdaşlığın perspektivlərinə nəzər salacaq. Bu barədə Trend-ə Azərbaycanın Çexiyadakı səfirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, görüş zamanı həm ikitərəfli, həm də çoxtərəfli formatlarda siyasi dialoqun perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, eləcə də mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi və ticari-iqtisadi əlaqələrin inkişafının müzakirəsi planlaşdırılır.

Məsləhətləşmələr Azərbaycan və Çexiya xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək. Azərbaycanı danışıqlarda xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir