Cümə , 29 Mart 2024
Drone Cameras

Azərbaycanda uşaqlarda ən çox yayılan xəstəliklər açıqlandı

Azərbaycanda tibbi müayinədən keçən uşaqlar arasında ən çox tənəffüs sistemi xəstəlikləri və qurd invaziyaları (helmintoz) aşkarlanır.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliynin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bu gün “Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, bu xəstəliklər əsasən məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında özünü büruzə verir:

“Qurda yoluxma halı ən çox məktəbəqədər yaş dövründə rast gəlinir. Çünki həmin yaşda olan uşaqlar hərəkətdə daha çox olurlar. Buna görə də gigiyenik tələblərə riayət edilmir. Lakin tənəffüs üzvlərinin xəstəlikləri daha kiçikyaşlı uşaqlarda çox tez-tez rast gəlinir. Bu da uşaq orqanizminin anatomik fizioloji xüsusiyyətləri ilə izah olunur”.

Hazırda Azərbaycanda 2 588 959 uşağın olduğunu deyən baş pediatr qeyd edib ki, Azərbaycanda uşaqlar 2014-cü ildən etibarən icbari dispanzerizasiyaya cəlb edilirlər.

N.Quliyev deyib ki, bu ilin 9 ayı ərzində respublikanın uşaq əhalisinin 1 672 556 nəfəri (64,6 %) tibbi müayinədən keçib. Onlardan 87 288 nəfəri (5,2 %) sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb. Sağlamlığında müxtəlif problemlər aşkarlanan 227 955 (13,6 %) azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib. Onlardan 14 345 nəfəri (0,9%) hospitalizasiya olunub, 4 569 nəfəri isə sanator müalicəyə göndərilib.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir