Bazar , 10 Dekabr 2023

Sankt-Peterburqda Azərbaycan vətəndaşını öldürməkdə ittiham olunan yeniyetmələrin məhkəməsi başlayır

Noyabrın 30-da Sankt-Peterburq məhkəmələrinin birində 30-dan çox cinayətin törədilməsində, o cümlədən Azərbaycan vətəndaşının qətlində şübhəli bilinən cinayətkar dəstənin üzvlərinin məhkəməsi başlayacaq.

“Report” “Piter-TV”yə istinadən xəbər verir ki, müttəhimlər kürsüsündə istintaq məlumatlarına görə, cinayətkar dəstəsinin üzvü olan 19 nəfər yer alacaq.

İstintaq məlumatlarına görə, Sankt-Peterburq sakini Camal Kolesnikovun rəhbəri və təsisçisi olduğu qruplaşma otuzdan çox cinayət törədib.

Onlar arasında millətçilik zəmnində Azərbaycan vətəndaşının qətli, bir neçə döyülmə faktı, quldurluq, oğurluq, kilsənin yandırılması və s. var.

Əksəriyyəti yeniyetmələrdən ibarət qruplaşma cinayətləri 2012-ci ildən 2014-cü ilə qədər olan müddətdə törədib. Cinayət işinin istintaqı iki il yarım uzanıb, cinayət işinin materialları isə 91 cilddən ibarətdir.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir