Şənbə , 20 Aprel 2024
Drone Cameras

Azərbaycandan Ermənistana xəbərdarlıq: cavabını alacaqlar

“Ermənistan dinc əhalini qətlə yetirməklə göstərdi ki, Qarabağ probleminin həllində maraqlı deyil. İşğalçı ölkə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Dünyanın qəbul etdiyi qaydalar var, dinc əhaliyə qarşı müharibə aparmaq cinayət sayılır”.

Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şuranın üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

O, Ermənistanın cəbhədə törətdiyi təxribata münasibət bildirərkən qeyd edib ki, Ermənistan Azərbaycanın yaşayış məskənlərini atəşə tutmaqla, dinc əhalini qətlə yetirməklə özünün azğın siyasətini ortaya qoyur: “Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Ölkəmizin yüksək təcrübəyə malik nizami ordusu var. Hərbçilərimiz yüksək döyüş hazırlığına malikdirlər. Azərbaycanın hərbi potensialı Ermənistanın cavabını 10 dəfə artıq verməyə imkan verir. Ermənistan bunun cavabını gözləsin. Azərbaycan dövləti vətəndaşının təhlükəsizliyinin qorunmasını bir nömrəli vəzifə sayır. Düşmənin torpaqlarımızı işğal altında saxlaması azmış kimi, vətəndaşlarımızı da qətlə yetirməyi özünə şərəf bilir. Ermənistan atdığı addımların cavabını alacaq. İşğalçı dövlət apardığı siyasətin nəyə gətirib çıxardığını hiss etməlidir”.

Image result for Aydın Mirzəzadə

A.Mirzəzadə vurğulayıb ki, məsələnin bu həddə çatmasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin də məsuliyyəti var: “Problemə qiymət verərkən hər iki tərəfə eyni münasibət bəslənilməsi, işğalçının adı ilə çağırılmaması Ermənistanın həyasızlaşmasına, onun cəzasızlıq mühitində fəaliyyət göstərməsinə səbəb olur. Azərbaycan cəbhə xəttində döyüş hazırlığını yüksəldəcək, Ermənistanın təxribatının qarşısı alınacaq. Beynəlxalq ictimaiyyət də məsələ ilə bağlı məlumatlandırılıb. Beynəlxalq təşkilatlardan bu məsələyə münasibət bildirilməsi istəniləcək”.

Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir