Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycandan rəsmi Bağdada TAM DƏSTƏK – Rəsmi Bakı Şimali İraqdakı referendumu tanımadı

“Azərbaycan Respublikası İraq Respublikasının ərazi bütövlüyü və suverenliyini tanıyır və tam şəkildə dəstəkləyir”.

Bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya açıqlamasında İraq Respublikasının Kürdüstan regional vilayətində keçirilmiş referendum və bu xüsusda İraqda hadisələrin inkişafı ilə əlaqədar deyib.

“Azərbaycan İraq Respublikasının mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə qarşılıqlı anlaşma və dialoq şəraitində İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır”, – deyə H. Hacıyev bildirib. 

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir