Cümə , 27 Noyabr 2026
Drone Cameras

Naxçıvanın ən yaşlı sakini Qönçə nənə

1 oktyabr Beynəlxalq Ahıllar Günü ərəfəsində muxtar respublikanın ən uzun ömürlü sakini, 119 yaşlı Qönçə Hümbətova ilə görüş keçirilib.

Boyukmillet.com Naxcivantv.az–a istinadən xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Şərur rayon İcra Hakimiyyətinin  əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, Şərur rayonunun Kürçülü kənd sakini Qönçə Hümbətova 1 iyul 1898-ci ildə Qərbi Azərbaycanın Vedi rayonunun Qədirli kəndində anadan olub. Ötən əsrin əvvəllərindən isə Naxçıvanda yaşayır.

Görüş zamanı muxtar respublikanın ən yaşlı sakininə hədiyyə də təqdim olunub.

Qönçə Hümbətova göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Check Also

Rusiya tərəfi Ukraynaya 250 meyit təhvil verib

Ukraynaya 250 meyit qaytarılıb. Rusiya tərəfinin iddiasına görə, onlar müharibədə həlak olmuş Ukrayna hərbçiləridir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir