Cümə , 13 Sentyabr 2024
Drone Cameras

Azərbaycanla İsveçrə arasında vizaların asanlaşması təsdiqləndi

Azərbaycanla İsveçrə arasında viza rejimi sadələşdirilir.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” sazişin təsdiq edilməsi daxil edilib.

Bundan əlavə, Milli Məclisin iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişin təsdiq edilməsi də daxil edilib.

Qeyd edək ki, hər iki saziş Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun 2016-cı il oktyabrın 10-da İsveçrəyə rəsmi səfəri çərçivəsində İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter ilə görüşündə imzalanıb.

Hər iki saziş bu gün Milli Məclisdə təsdiq edilib. Bundan sonra iki ölkə arasında diplomatik və xidməti pasporta malik şəxslərin vizasız gediş-gəlişi təmin ediləcək və həmçinin digər kateqoriyadan olan şəxslərin viza almaları asanlaşacaq.

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir