Cümə , 17 Yanvar 2025
Drone Cameras

Azay Quliyev: “Bu, şəhidlərimizin ruhuna dərin ehtiramın və onların ailələrinə göstərilən qayğının ifadəsidir”

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və I Vitse-Prezident Mehriban xanım Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüşüb.

Görüşdə çıxış edən Preizdent İlham Əliyev keçən il prezident seçildikdən sonra ilk fərmanının şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olduğunu deyib, bu fərmanla 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulduğunu bildirib. Prezident artıq bu prosesin başladığını və 3 mindən çox şəhid ailəsinin vəsaiti aldığını qeyd edib. Dövlət başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni fərman imzaladığını və bu fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirib.

Boyukmillet.com xəbər verir ki, Milli Məclisin deputatı, Şura sədri Azay Quliyev tvitter hesabında açıqlama yayaraq, bugünki görüşü yüksək qiymətləndirib: 
“Cənab Prezidentin I Vitse-Prezident Mehriban xanım Əliyevanın iştirakıyla şəhid ailələri ilə görüş keçirməsi, müavinətlərlə bağlı əlavə tədbirlər görməsi Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dərin ehtiramın və onların ailələrinə göstərilən xüsusi qayğının ifadəsidir”.

 

 50866815_2808387329171737_8307132444625076224_n.jpg (28 KB)

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir