Bazar , 9 Noyabr 2025
Drone Cameras

Bərzani Azərbaycanda 11 ev, bir ticarət mərkəzi aldı

İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani Güney Azərbaycanın Urmiya şəhərində daşınmaz əmlak alıb.

Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin yerli mətbuatı məlumat yayıb. Onun Urmiyada 11 ev, 1 böyük ticarət mərkəzi və 1 otel-restoran aldığı bildirilib. Daşınmaz əmlakın başqa bir şəxsin adına alındığı vurğulanıb.

Bəzi mənbələr isə kürd lider tərəfindən alınan evlərdə silah-sursat saxlanıldığını bildirir.

Qeyd edək ki, kürd terror qruplaşmaları və radikal kürd qüvvələrinin Güney Azərbaycanın qərb bölgəsinə ərazi iddiaları var.

Check Also

Pakistanda Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

8 noyabr – Zəfər Günü münasibətilə Pakistanda Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir