Cümə axşamı , 9 May 2024
Drone Cameras

“Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” adlı konfrans keçirilib

Sentyabrın 28-də Bakıda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” adlı konfrans keçirilir.
 
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlıAzərbaycanda İslam dəyərlərinin təbliğində dini maarifçiliyə geniş yer ayrıldığını qeyd edib. Milli mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlər ulu öndər Heydər Əliyevin müəyyən etdiyi konseptual yolun icrası üçün böyük rol oynayır. “Cəhalət, xurafat olan yerdə mütləq dini radikalizm baş qaldırır. Dini radikalizmin yaranması üçün mühit olmamalıdır. O mühitin olmaması üçün isə elm, təhsil mütləqdir”,- deyə komitə sədri vurğulayıb.
 
M. Qurbanlı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsində milli mənəvi dəyərlərimizin qorunması önəmli yerlərdən birini tutur. Bu dəyərləri qorumaq üçün təbii ki, dini maarifləndirməyə də xüsusi diqqət yetirməliyik.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev çıxış edərək konfransın gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması baxımından önəmini qeyd edib. 
 
Şura sədri milli mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqi, eləcə də bu sahələrdə qarşıda duran vəzifələrin icrası istiqamətində görülən işlərdən də ətraflı danışıb.
 
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, gənclər, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir