Çərşənbə , 4 Noyabr 2026
Drone Cameras

Bakıda dünya və Avropa çempionu bıçaqlanıb

Bakıda idmançı bıçaqlanıb.
“Report”un xəbərinə görə hadisə Nərimanov rayonu Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Rüstəmov Aslan Nurəddin oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyəti ağırdır.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
Qeyd edək ki, A.Rüstəmov Pankration döyüş növü üzrə iki dəfə Avropa çempionu, üç dəfə dünya çempionu olub. Hazırda o, pankration döyüş növü üzrə məşqçi kimi işləyir.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir