Şənbə , 27 İyul 2024
Drone Cameras

Bakıda ticarət mərkəzində faciə – 28 yaşlı gənc öldü

Bakıda ticarət mərkəzində liftin təmiri zamanı 28 yaşlı oğlan ölüb.

Boyukmillet.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən ticarət mərkəzindəki liftin təmiri zamanı 1 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunmub ki, liftə təmir işləri görən 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib. Xilasedicilər S.Şərifovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Boyukmillet.com

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir