Cümə , 23 İyul 2021
Home » Dünya » Bakıdakı səs-küylü toyun sahibləri bilindi: Əhmədzadənin qardaşı, məşhur univermağın sahibi… – DETALLAR

Bakıdakı səs-küylü toyun sahibləri bilindi: Əhmədzadənin qardaşı, məşhur univermağın sahibi… – DETALLAR

Ötən gün Bakıda baş tutan səs-küylü toy mərasimi haqda xəbərlər səngimək bilmir.

İnterpress.az-ın Axşam.az-a istinadən verdiyi məlumatına görə, bir çox əcnəbi ulduzun qonaq olduğu toyun səbəbkarlarının kimliyi məlum olub.

Məlumata görə, gəlin “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsidir. Gəlinin valideynləri həkimdir və onlar Bakıda yaşayırlar.

Qeyd edək ki, Ə.Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə Zaqatala rayonunun icra başçısıdır. 

Toy mərasimində türkiyəli müğənnilər Fərhad Göçər, Murad Boz, rusiyalı aparıcı Valdis Pelş, müğənni Leonid Aqutinlə yanaşı Mustafa Ceceli də olub.

Qeyd edək ki, “Qafqazinfo”a saytı bəyin atası Fərhad Həsənovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətində şöbə müdiri, anası Esmira Babayevanın isə “Moskva” univermağının sahibi olduğunu yazıb.

Check Also

Ukraynada yeni daxili işlər naziri postuna namizəd müəyyənləşib – EKSKLÜZİV

Ukraynanın bu gün istefa verən erməni əsilli daxili işlər naziri Arsen Avakovun yerinə Ali Radada …