Bakıda məşhur mağazalardan birində yanğın baş verib.
Boyukmillet.com xəbər verir ki, Neftçilər prospekti ilə Yusif Məmmədəliyev küçəsinin kəsişməsində yerləşən “Dolce & Gabbana” mağazasında yanğın başlayıb. Yanğına səbəb kondisionerdə baş verən qısaqapanma olub.
Hadisə yerinə FHN-in yanğından mühafizə xidməti və polis əməkdaşları cəlb olunub. Qeyd edək ki, mağazaya xeyli zərər dəyib. Həmçinin “Dolce & Gabbana” mağazasına bitişik obyektlərdə də evakuasiya işləri aparılıb.
Musavat.com-un hadisə yerində olan əməkdaşı fotoları təqdim edir:









