Bazar , 8 Mart 2026
Drone Cameras

Xocavənd istiqamətində atışma: erməni podpolkovnik və kapitan yaralandı

Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilmiş hərbi hissələrindən birində iki zabitin yaralanması ilə nəticələnən insident baş verib.

Boyukmillet.com sosial şəbəkələrin erməni seqmentinə istinadən xəbər verir ki, təmas xəttinin Xocavənd istiqamətində yerləşən hərbi hissədə baş vermiş silahlı insident nəticəsində yaralananlar podpolkovnik və kapitan rütbəli zabitlərdir. Onlardan birinin kimliyi də göstərilir-Arsen Hovakimyan.

Ermənistan Müdafiə Nazirliyi bu faktı ictimaiyyətdən gizlədir və Azərbaycan tərəfini atəşkəsin pozulmasında ittiham etməyə çalışır. Xatırladaq ki, bundan əvvəl erməni qüvvələrinin Ağdərənin Matagiz qəsəbəsində yerləşən hərbi hissəsində zabitin iki əsgəri bərk döydüyü məlum olmuşdu. Ötən gün isə Ermənistan ordusunun kapitanı özünü güllələyib.

Check Also

Trampdan İran açıqlamaları: Tehranla danışıqlar olmayacaq, İranın xəritəsi dəyişə bilər

Ağ Ev rəhbəri Donald Tramp İranın münaqişəni sülh yolu ilə həll etmək istədiyini, lakin ABŞ-ın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir