Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

BDM sədri Türkiyə millət vəkili Haluk İpəklə görüşüb

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev Türkiyədə səfərdədir. 

Mərkəzin mətbuat xidmətindən boyukmillet.com-a verilən xəbərə görə səfər çərçivəsində O, Türkiyə Böyük Millət Məclisinin Türkdilli ölkələr üzrə dostluq qrupunun rəhbəri, millət vəkili Haluk İpəklə görüşüb. Görüşdə BDM sədrinin müşaviri İbrahim Axundov da iştirak edib. İsmayıl Ağayev Türkiyədə bir neçə ay öncə baş vermiş məlum hadisə ilə bağlı fikirlərini bildirib və bu hadisədən Türk millətinin qürurla çıxdığını, xalqın öz rəhbərinin yanında olaraq kənar güclərin ölkəni parçalamasına imkan vermədiyini və Türkün gücünü bir daha bütün dünyaya göstərdiyini bildirib. Daha sonra O, Azərbaycan xalqının və eləcə də diasporunun daim Türkiyənin yanında olduğunu və dəstəklədiyini vurğulayıb. O, həmçinin Dağlıq Qarabağ məsələsində, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında Türkiyənin prinsipial mövqeyini alqışladığını bildirib və bu məsələyə Türkdilli Dövlətlərin Parlament Assambleyasında baxılmasının vacibliyini qeyd edib. Görüşdə həmçinin BDM-in ortaq fəaliyyət göstərdiyi Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) ilə birgə AKP-nin dəstəyi ilə Türkiyənin Amasya şəhərində Azərbaycan günlərinin keçirilməsi qərara alınıb. Qeyd edək ki, Haluk İpək Amasya millət vəkilidir. O, əslən Qərbi Azərbaycan kökənli Azərbaycan türkü olduğunu və Amasyada yaşayan əhalinin böyük əksəriyyətinin əslən Qərbi Azərbaycandan olduğunu bildirib. Bu məqsədlə orada Azərbaycan günlərinin keçirilməsinin önəmli olduğunu və bu hadisənin böyük səs gətirəcəyini qeyd edib. O,həmçinin Azərbaycanın hər zaman Türkiyənin yanında olmasından böyük sevinc hissi keçirdiyini bildirib. O, öz növbəsində Türkiyənin Qarabağ məsələsinin, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinin Türkiyə Böyük Millət Məclisində zaman-zaman müzakirə edildiyini və bu məsələnin daim Türkiyənin diqqətində olduğunu qeyd edib. Sonda BDM tərəfindən Haluk İpəyə xatirə hədiyyələri təqdim edilib.

 

boyukmillet.com

 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir