Çərşənbə , 8 May 2024
Drone Cameras

Bir yumruqla ölən Telmanın anası ifadə verdi- bardakı qətlin təfərrüatı

Musiqi klubundakı mübahisə dava ilə bitib. Mübahisə edənlərdən biri aldığı bir yumruq zərbəsi ilə canından olub. Qətlin təfərrüatları məhkəmə prosesində məlum olub.

Boyukmillet.com Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vuraraq ölümə səbəb olmaqda təqsirləndirilən Fərhad Musayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə kafedəko davadan sonra dünyasını dəyişmiş Telman Məmmədovun anası şahid ifadə verib.

Şahid qismində ifadə verən ana bildirib ki, hadisədən bir gün sonra həyat yoldaşı oğlunu axtarıb.

“Yoldaşım zəng edib Telmanın evdə olub-olmadığını soruşdu. Baxdım ki, Telman evdə deyil. Telefonuna zəng də etdim. Amma cavab gəlmədi.

Telefonu müstəntiqdə idi. Kimsə dedi ki, avtomobil qəzasına düşüb, amma inanmadım. Sonra oğlumun dostu Orxana zəng vurdum. Öyrəndim ki, bu hadisə baş verib”- deyə mərhumun anası söyləyib.

Ötən proseslərdə ifadə verən şahidlər bildirmişdilər ki, barda dava edən mərhum içkili olub. Hətta bəziləri onun narkotik vasitənin təsiri altında olduğunu da söyləmişdilər.

Mərhumun anası isə oğlu T.Məmmədovun əvvəllər içki içmədiyini söyləyib.

“O, məndən heç vaxt heç nə gizlətmirdi. Telman əvvəllər içki içən deyildi. Bir dəfə ondan bu barədə soruşdum. O da pivə içdiyini dedi. Həmişə Telmana zəng edəndə telefonumu götürürdü. Götürməsə də, sonradan zəng edirdi”- deyə şahid söyləyib.

Məhkəmənin davamında hakimin suallarını cavablandırılan mərhumun yaxın dostu, dava baş verən zaman barda olan Rahil Məlikov bildirib ki, həmin gün Telman Məmmədovla bara gedəndə içkili olublar.

“Orada Telmandan çox mən içmişdim. Hadisədən sonra mənim nənəmgilə getdik. Telmanın özü mənimlə getmək istədi. Evə çatanda onun burnundan qan damcıları gəlirdi. Telmanın yaralı olduğunu nənəm də gördü. Evə çatan kimi də yatdıq. Səhərə yaxın Telmanın rəhmətə getdiyini bildim.

Hakim şahid Məlikova dostunu niyə evlərinə deyil də, öz nənəsigilə aparmasınım səbəbini soruşub.

R.Məlikov deyib ki, dostu maşında qışqırıb və evlərinə getmək istəmədiyini söyləyib.

Mərhum Məmmədovun anası ifadəsinin sonunda qeyd edib ki, oğlunun qanının batmasını istəmir.

O, həqiqətin üzə çıxarılmasını məhkəmədəm xahiş edib: “Davadan sonra Fərhad görüb ki, hər ikisi içkilidir. Niyə onları buraxdı? Özü zorla həkimə aparardı”.

Məhkəmənin növbəti iclası avqustun 31-nə təyin edilib.

Hadisə bu il mart ayının 26-da Nəsimi rayonu, Bül-Bül prospektindəki, “Do Re Mi” klubunda baş verib. Klubda inzibatçı işləyən Bakı şəhər sakini Fuad Musayevlə müştərilərdən Telman Məmmədovla arasında mübahisə yaranıb.

Mübahisə zamanı Fuad Telmana bir yumruq zərbəsi vurub. T.Məmmədovun başı yerə dəydiyindən halı pisləşib. Onun vəziyyətinin ağır olduğunu görən F.Musayev onu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan T.Məmmədov orda dünyasını dəyişib.

Mübahisəyə səbəb mərhumun barda səs salması. Masanı başına qaldıraraq söyüş söyməsi olması.

F.Musayev barəsində Cinayət Məcəlləsinin 126.3-cı (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

Bildirək ki, hadisə baş verən gün müğənni Elvin Babazadənin klubda solo proqramı var imiş.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir