Cümə , 26 Aprel 2024
Drone Cameras

“Biz mesaj veririk və yol göstəririk ki, bütün müsəlman xalqları birləşsin”

“Bizim həmrəyliyimiz, milli müxtəlifliyimiz böyük sərvətimizdir. Təsadüfi deyil ki, keçən il Azərbaycanda “Multikulturalizm İli” elan edilib. Hesab edirəm ki, tarixdə ilk dəfə olaraq belə bir təşəbbüs Azərbaycanda irəli sürüldü”.

Boyukmillet.com “APA”ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Balakəndə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.

“Bu, əslində, daha çox xaricə bir mesaj idi ki, birgə yaşamaq, qurmaq, müxtəlif xalqların nümayəndələrinin dostluq, mehribanlıq şəraitində yaşaması mümkündür və bunu Azərbaycanın timsalında hər kəs görə bilər. Bu il isə “İslam Həmrəyliyi İli”dir. Bu da yenə bir çağırışdır. Çünki Azərbaycanda nə multikulturalizmlə, nə də İslam həmrəyliyi ilə bağlı heç bir problem yoxdur. Biz sadəcə olaraq bu çağırışları etməklə bir mesaj veririk, əgər belə demək mümkündürsə, yol göstəririk ki, bütün müsəlman xalqları birləşsin, onların arasında heç bir qarşıdurma, anlaşılmazlıq olmasın və biz Azərbaycanın timsalında görürük ki, buna nail olmaq mümkündür. Azərbaycan böyük coğrafiyanın bir hissəsidir, Qafqazın bir parçasıdır, Qafqaz vahid orqanizmdir. Qafqazda yaşayan bütün xalqlar arasında bir-biri ilə tarixi əlaqələr, qohumluq əlaqələri, dostluq, qardaşlıq olub. Hesab edirəm ki, Azərbaycan bütün Qafqaz üçün də çox önəmli bir ölkəyə çevrilib. Ona görə Balakəndə həm bu sahədə, həm də iqtisadi, sosial, kənd təsərrüfatı, emal sənayesi sahələrində çox gözəl nəticələr var. Rayon gündən-günə gözəlləşir, abadlaşır, turistlərin sayı artır. Mən Bakıya qayıdan kimi rayonun inkişafı ilə bağlı əlavə tapşırıqlar verəcəyəm ki, hələ icra olunmayan layihələr də tezliklə icra olunsun və növbəti açılışlarda biz bir daha görüşək”, – deyə o vurğulayıb.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir