Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

BP-nin Bakıdakı baş ofisində tüstülənmə – İşçilər təxliyyə edildi – YENİLƏNİB

BP-nin Bakıdakı baş ofisində tüstülənmə olub.

Fövqəladə Hallar Nazirliyi BP-nin ofisi yerləşən binada baş verən yanğınla bağlı məlumat yayıb.

İnterpress.az FHN-in saytına istinadən xəbər verir ki, Bakının Səbail rayonunda 16 mərtəbəli inzibati binanın birinci mərtəbəsində yerləşən otaqda kompüter avadanlığı yanıb. Otaq və digər avadanlıqlar yanğından mühafizə olunub.

Yanğın saat 13:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

* * *

“Report”un əməkdaşı xəbər verir ki, əraziyə yanğınsöndürənlər gəlib.

BP-nin bütün işçiləri binadan təxliyyə edilib.

Qeyd edək ki, ofis Neftçilər prospektində yerlləşir.

BP-nin Bakıdakı baş ofisində tüstülənmə - İşçilər təxliyyə edildi - YENİLƏNİB

 

BP-nin Bakıdakı baş ofisində tüstülənmə - İşçilər təxliyyə edildi - YENİLƏNİB

Check Also

Aİ-də miqrasiya “BOMBASI” – Miqrantlar DƏRHAL DEPORT OLUNACAQ!

Avropa İttifaqının (Aİ) uzun illər tətbiq etdiyi Dublin III mexanizmi faktiki olaraq tarixə qovuşur. 2024-cü …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir