Cümə , 19 Aprel 2024
Drone Cameras

Braziliya Argentina millisini məğlub edib

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin Cənubi Amerika qrupu üzrə 11-ci turunun görüşləri oynanılıb. Turun ən maraqlı qarşılaşması Braziliya ilə Argentina milliləri arasında keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma Braziliya yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı matçın 25-ci dəqiqəsində Koutunyo açıb. İlk hissənin sonuncu – 45-ci dəqiqəsində Neymar hesab arasındakı fərqi iki topa çatdırıb. Matçın 59-cu dəqiqəsində isə Paulinyo braziliyalıların qələbəsini rəsmiləşdirib.
 
Qrupun digər favoriti Uruqvay millisi isə doğma meydanda Ekvador üzərində 2:1 hesablı qələbə qazanıb. Kolumbiya-Çili görüşündə qalib müəyyənləşməyib – 0:0. Peru səfərdə Paraqvayı (4:1), Venesuela ilə doğma meydanda Boliviyanı (5:0) məğlub edib.
 
On birinci turdan sonra xallarının sayını 24-ə çatdıran Braziliya yığması qrupa liderlik edir. İkinci yerdə qərarlaşan Uruqvay yığmasının aktivində 23 xal var. Kolumbiya 18 xalla üçüncüdür. Aktivlərində 17 xal olan Ekvador dördüncü, Çili isə beşincidir. Argentina yığması 16 xalla altıncı, Paraqvay millisi isə 15 xalla yeddinci sıradadır. Sonrakı yerləri isə Peru (14 xal), Venesuela (5 xal) və Boliviya (4 xal) qərarlaşıblar.
 
Qeyd edək ki, seçmə mərhələnin yekununda Cənubi Amerika qrupu üzrə dörd komanda mundiala birbaşa vəsiqəni təmin edəcək. Beşinci yerin sahibi isə pley-off mərhələsində mübarizə aparacaq.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir