Cümə , 19 Aprel 2024
Drone Cameras

Nardaran Bilik Evində tolerantlıq mövzusu

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə ölkə ərazisində silsilə tədbirlər keçirilir. SİA-nın Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektoruna istinadən verdiyi məlumata görə, Nardaran Bilik evində Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun mühazirəsi olub.

“Tolerant və multikultural dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda keçirilmiş mühazirədə Nardaran Bilik evinin direktoru millət vəkili Dilarə Cəbrayılova, Sabunçu rayonu 130 nömrəli tam orta məktəbin direktoru Ağasəid Orucov, nardaranlı məktəblilər, müəllimlər və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.
 
D.Cəbrayılova prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini xatırladaraq ölkəmizdəki bütün xalqların qədimdən multikultural ənənələrin hakim olduğu mühitdə birgə yaşadığını deyib.
 
G.İsmayılov tədbir iştiraklçılarına tolerantlıq anlayışı, tarixən Azərbaycan ərazisində mövcud olan birgəyaşayış qaydaları barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanda hər zaman bütün dinlərə və fərqli mədəniyyətlərin daşıyıcılarına eyni qayğı ilə yanaşılıb. Buna ölkəmizdə milli, irqi və dini zəmində münaqişələrin, qarşıdurmaların olmaması da əyani sübutdur.
 
Tolerantlığı ölkəmizin ideoloji, milli və ictimai təhlükəsizliyinin təminatı kimi qiymətləndirən mühazirəçi onun Azərbaycan xalqının genetik yaddaşında kök salmış dəyər olduğunu da vurğulayıb.
 
Mühazirə interaktiv formada davam edib.
 
Beynəlxalq Tolerantlıq Günü ərəfəsində ölkəmizin bütün bölgələrində belə maarifləndirici tədbirlər keçiriləcək.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir