Cümə , 29 Mart 2024
Drone Cameras

“Bu qardaşların adı heç it dəftərində də olmayacaq”

Məlum olduğu kimi, Zərdüşt Əlizadə sabiq prezident mərhum Əbülfəz Elçibəy haqqında təhqiramiz ifadələr səsləndirib. Elçibəyi küçədən gəlmiş adlandırıb. 

İnterpress.az xəbər verir ki, Moderator.az Zərdüşt Əlizadənin ittihamlarına Elçibəyin kürəkəni Aqil Səmədbəylinin münasibətini öyrənib:

A.Səmədbəyli Zərdüşt Əlizadənin ünvanına bunları deyib: 

“Bunların zatına lənət. Zatları qırıqdı. Elçi Bəyin dırnağı qədər dəyər sahibi olmayan bu nəsli qarışıqlar Bəyin qiymətini anlaya bilməzlər ki.. Fındıq qədər ağıl sahibi olsalar Türkiyədə, İranda, Əfqanıstanda, Doğu Türküstanda, Balkanlarda Elçi Bəyə olan sevginin səbəbini anlayarlar. Ancaq bunlar o işıqdan məhrumdular. Anlaya bilmirlər ki, Elçi Bəy missiya daşıyıcısı idi. Qana bilmirlər ki, bu gün İran adlanan yerdə milyonlarla Elçi Bəy aşiqi nəyin uğrunda mübarizə aparır. Düzdü bu mübarizə onların qanına toxuna bilər. Ancaq bu zatı qırıqların Elçi Bəy əleyhinə danışması Qartala daş atmağa çalışan qarğanı da yox, sərçəni xatırladır”. 

Aqil Səmədbəyli onu da qeyd edib ki, Bəyin bu ailəyə nə qədər ödənməmiş borcu varsa, desinlər mən ödəyim: 

“Elçi Bəy hakimiyyətdə bir il qalıbsa da Uca Türk Millətinin qəlbində min illər yaşayacaq iz qoyub. Ancaq bu qardaşların adı heç it dəftərində də olmayacaq. Bunlar kompleksli adamlardı. Böyük adamlara söz atmaqla gündəmdə qalmağa çalışan zavallılardı”. 

İnterpress.az

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir