Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Gömrükçülər psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısını alıblar

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

SİA-nın DGK-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysi ilə gələn xanım sərnişin, Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.

Bu zaman vətəndaşın üzərində qanunla qadağan edilmiş əşyalar aşkar olunmasa da, hərəkətləri şübhə doğurduğu üçün bədən üzvlərinin yoxlanılması məqsədilə tibb işçisi dəvət olunacağı barədə xəbərdar edilib. Lakin həmin şəxs buna ehtiyac olmadığını bildirib və daxili orqanında gizlətdiyi sellofan bükümü çıxararaq gömrük nəzarətinə könüllü təqdim edib. Həmin bükümdə isə 8 ədəd həb aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, tədqiqata təqdim olunmuş 8 ədəd həb MDMA (ekstazi) adlı psixotrop maddədir.

MDMA (ekstazi) “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir və 8 ədəd həbdə MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir