Çərşənbə axşamı , 4 Mart 2025

Cəmiyyət

Bu gün ali məktəb və kolleclərə ərizə qəbulu başa çatır

Bu gün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu başa çatır. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, indiyə qədər 90 810 abituriyent öz ərizəsini təsdiq edib. Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər. İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində …

Read More »

“Şuşa İli” ilə bağlı heykəltaraşlıq müsabiqəsi elan olunub

Mədəniyyət Nazirliyi 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı heykəltaraşlıq müsabiqəsi elan edib. Nazirlikdən  verilən məlumata görə, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malik Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltaraşlıq abidələrinin qorunmasıdır. Hazırda Şuşa …

Read More »

Ukraynada həlak olan 5 Azərbaycan vətəndaşının cənazəsi Vətənə yola salınıb

Ukraynada həlak olan 5 Azərbaycan vətəndaşının cənazəsi Vətənə yola salınıb. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. XİN rəsmisi bildirib ki, Ukraynadakı vəziyyətlə əlaqədar həlak olan 5 Azərbaycan vətəndaşının, o cümlədən Odessadan Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan və Kuçurqan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan açılan atəş nəticəsində dünyasını …

Read More »

Bu gün İlaxır çərşənbədir

Bu gün Azərbaycanda Novruz bayramının İlaxır çərşənbəsi – Torpaq çərşənbəsi qeyd olunur. Boyukmillet.com xatırladır ki, digər çərşənbələrdən fərqli olaraq, xalq axırıncı çərşənbəni xüsusi təntənə ilə keçirir. İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axır çərşənbədə yaşından və cinsindən asılı …

Read More »

Martın 19-u iş günüdürmü? – RƏSMİ

Dövlət Əmək Müfəttişliyi Xidməti martın 19-nun qeyri-iş günü olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib. Boyukmillet.com-un məlumatına görə, Dövlət Xidmətinin mətbuat katibi Aynur Osmanqızı xatırladıb ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. O qeyd edib ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin …

Read More »

ADU-da “Open Science Azərbaycan” layihəsi çərçivəsində seminar keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) “Open Science Azərbaycan” layihəsi çərçivəsində Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) birgə dəstəyi ilə “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” mövzusunda seminar keçirilib.Seminarda çıxış edən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov ölkədə gənclər üçün yaradılan şəraitdən söz …

Read More »

Prezident Azərbaycan qadınlarını təltif edib – SİYAHI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan qadınlarını “Tərəqqi” medalı ilə təltif edib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı sərəncam imzalayıb. Sərəncəmla, Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Ağayeva Lyubov Aleksandrovna Axundova Nəcibə Novruz qızı Alızadə Sevinc Əsgərxan qızı Əfrasiyabova Dilarə Paşa qızı İmanova …

Read More »

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi” “Narkomaniya və sağlam həyat tərzi” mövzusunda təlim keçirmişdir

23 fevral 2022-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən  “Qobu Park” yaşayış kompleksində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən “İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsi çərçivəsində “Narkomaniya və sağlam həyat tərzi” mövzusunda təlim keçirilmişdir. Təlimdə hədəf …

Read More »

Ümid SİD-İB yeni layihənin icrasına başlayır

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsinin icrasına başlayır.Boyukmillet.com xəbər verir ki, layihənin əsas ideyası yeniyetmə və gənclərin sağlam həyat tərzi keçirmələrinə, zərərli vərdişlərdən uzaq olmalarına və cəmiyyət üçün sağlam gənclərin yetişdirilməsinə töhfə vermək hədəfi …

Read More »

Sabah Bakıda bir sıra yollar bağlanacaq

“Sabah Bakıda bir sıra yollar bağlanacaq”. Bunu açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib. O bildirib ki, Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi önündə anım tədbiri keçiriləcək: “Tədbirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə saat 07:00-dan tədbir bitənədək Bayraq Meydanından Neftçilər prospekti ilə bütün …

Read More »