Çərşənbə , 7 May 2025

Cəmiyyət

Azərbaycanda iyunun 28-dək həftəsonları avtobus və metro işləməyəcək

Azərbaycanda iyunun 28-dək həftəsonları ictimai nəqliyyat və metro işləməyəcək. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib. Qeyd edilib ki, 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində …

Read More »

Yol polisi “Formula 1” ilə əlaqədar sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar sürücülərə müraciət edib. Boyukmillet.com xəbərinə görə, İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar trek Azadlıq Meydanından başlayaraq Aleksandr Puşkin ilə Xaqani küçələri, Bülbül prospekti, Zərifə Əliyeva və Rəsul Rza küçələri, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsindən keçərək Qoşa-Qala qapısı, Gənclər …

Read More »

Bakıda 23 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Bakıda keçiriləcək “Azərbaycan Qran Pri ” yarışları ilə əlaqədar mayın 310dıb başlayaraq qismən və tam bağlanacaq yollara görə 23 marşrut xəttinin hərəkət sxem müvəqqəti dəyişdiriləcək. Boyukmillet.com bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Məlumata görə, həmin marşrut xətləri aşağıdakılardır: • 1, 2, 4, 10, 46 və M3 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər …

Read More »

“Naxçıvan-bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalı iştirakçılarının əsərlərindən ibarət sərgi açılıb – FOTOLAR

Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Naxçıvan-bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalı keçirilib. Boyukmillet.com  xəbər verir ki, mayın 25-də Naxçıvan şəhərindəki “Saat Meydanı” Turistik İstirahət Mərkəzində festivalda çəkilmiş əsərlərdən ibarət sərgi açılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərginin açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək …

Read More »

DİM ali məktəblərə tələbə qəbulunun şərtlərini açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2021-2022-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə tələbə qəbulunun şərtlərini açıqlayıb. DİM-dən “Report”a verilən məlumata görə, müsabiqə şərtləri cari ildə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsində iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Müsabiqədə iştirak etmək üçün abituriyentlərin …

Read More »

Azərbaycanda barmaq izi əsasında kiçik kreditlərin verilməsinə başlanılır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “AzPul” MMC bank olmayan kredit təşkilatı (BOKT) arasında biometrik texnologiya əsasında şəxsin kimliyini müəyyən edərək, həmin şəxsin sorğusu əsasında e-imza sertifikatlarının verilməsi həlli ilə bağlı müqavilə imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu brədə nazirlik məlumat yayıb. Müqaviləyə əsasən, “AzPul” kiçik məbləğli kreditlər verilərkən vətəndaşın şəxsiyyəti real vaxt rejimində biometrik eyniləşdirmə …

Read More »

Yaxın günlərdə ali məktəblərə sənəd qəbulu elan olunacaq

“Yaxın günlərdə ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbuluna başlanılacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Prezidentin müvafiq sərəncamına əsasən ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı müraciət edən şəxslərlə yanaşı, aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan vətəndaşlarının …

Read More »