Bazar ertəsi , 3 Mart 2025

Cəmiyyət

Bayram günlərində ictimai nəqliyyata qoyulan qadağanın səmərəliliyi dərin mübahisələr doğurur…

Bayram günlərində ictimai nəqliyyatın xidmət göstərməməsini koronovirusla mübarizə tədbirləri kimi göstərirlər. Əsaslandırması budur ki, insanlar evdə qaldıqları üçün avtobuslara minib axışacaqlar şəhərə. Bunun da nəticəsində xəstəlik çoxalacaq. Bəs real vəziyyət necədir, insanlar şəhərə gedə bilirmi? Müşahidələr göstərir ki, paytaxt əhalisi bu problemin asan həllini tapıb. Taksi sürücüləri adambaşı 1 manatdan Bakının əksər yerlərinə müştəri daşıyırlar. Bu da insanların işini rahatlaşdırıb. …

Read More »

VHP sədri Sabir Rüstəmxanlıdan bayram təbriki

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:Əziz bacılar, qardaşlar! Dünya müsəlmanlarının əziz günü – Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Tanrıdan dualarınızın keçərli olmasını diləyirəm. Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. Xalqımızın son illər ərzində əsas arzusu sülh, əminamanlıq, ərazilərimizin işğaldan azad …

Read More »

“Zəfər” musiqi müsabiqəsinin qaliblər bəlli oldu-FOTOLAR

“İslahatçı Gənclər” İctimai Birliyi və Əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi Sənət Akademiyasının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Zəfər” onlayn musiqi müsabiqəsi başa çatıb. Müsabiqədə Azərbaycan, Türkiyə və Gürcüstanı təmsil edən 45 gənc ifaçı iştirak edib. Bugün keçirilən canlı və onlayn toplantıda münsiflər bir araya gələrək qalibləri elan ediblər. Toplantıda “İslahatçı Gənclər” …

Read More »

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbərinə görə, təbrik mətnində deyilir: “Hörmətli həmvətənlər! Mübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza səmimi arzu və diləklərimi yetirirəm. Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, yardımsevərlik və paylaşmaq kimi yüksək əxlaqi dəyərlər aşılayan Ramazan ayı artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil …

Read More »

“Sabir Rüstəmxanlı üçün yaz” müsabiqəsi elan edildi

Xalq şairi Sabir Rüstəmxanlının 75 illiyinə həsr olunmuş “Sabir Rüstəmxanlı üçün yaz” adlı yazı müsabiqəsi elan edilib. “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə keçirilən müsabiqəyə #rüstəmxanlıüçünyaz, #sabirrüstəmxanlı75 həştəqlərindən istifadə edərək sosial şəbəkələrdə (“Facebook”, “Twitter”, “İnstagram”) paylaşım etməklə və ya məqalə qələmə almaqla qatılmaq mümkündür. Yazılmış məqalə və sosial şəbəkələrdə edilmiş paylaşımlar arasından seçim ediləcək və müəyyən edilmiş qaliblər mükafatlandırılacaq. Qeyd …

Read More »

Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Yevlaxda turnir keçirilib

Azərbaycan Respublikasının uğurlu gələcəyinin əsasını qoyan, daima gənclərimizə xüsusi diqqət və qayğıyla yanaşan Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin bu il 98-ci ildönümüdür. Bu münasibətlə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin iki müxtəlif rayonda fəaliyyət göstərən Yevlax Gənclər Evi və Ucar Gənclər Evinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq gənclər arasında “Dostluq Kuboku” adlı futbol …

Read More »

Yasəmən Möhübbətqızı:”Həkim adını şərəflə daşıyanlar”

Həkimlik peşəsi şərəfli,müqəddəs olduğu qədər də çətin bir peşədir. Pandemiya dövründə əziyyət çəkən peşə sahiblərindən həkimlərin də xidmətini xüsusi qeyd etmək lazımdır. Cəmiyyətdə elə ailə tapılmaz ki, həkimlərə işi düşməsin, ehtiyacı olmasın.Azərbaycan tibb ocaqları içərisində “Xəzər” klinikasının həkimlərinin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Klinikanın baş həkimi, cərrah, prof, Ilqar Yusubovun təcrübəli təşkilatçılğı sayəsində yaradılan sağlam kollektivdən narazı olan xəstə ilə …

Read More »

Abşeron və Sumqayıtda içməli suyun verilməsi dayandırılır

Abşeron rayonunun bir hissəsində və Sumqayıt stansiyası ərazisində gün ərzində içməli suyun verilişində məhdudiyyətlər olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib. Məlumata görə, buna səbəb magistral su kəmərində baş vermiş qəzadır.

Read More »

Azay Quliyev: Agentliyin yaradılması aparılan islahatların davamıdır

Azay Quliyev: Agentliyin yaradılması aparılan islahatların davamıdır. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaranması ölkədə aparılan islahatların məntiqi davamıdır və yeni reallıqlara əsaslanır.Bunu Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyev deyib.Onun sözlərinə görə, dəyişiklik QHT-dövlət mexanizminin daha təkmil fəaliyyətinə səbəb olacaq.

Read More »

Azərbaycanda bir həftəlik Ramazan tətili başlayıb

Bu gündən Azərbaycanda Ramazan bayramı ilə əlaqədar bir həftəlik tətil başlayıb. Boyukmillet.com -un məlumatına görə, tətil mayın 16-dək davam edəcək. Bu müddət ərzində dövlət qurumları və ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət …

Read More »