Şənbə , 21 Sentyabr 2024

Dağlıq Qarabağ münaqişəsi

Azərbaycan Prezidenti: “Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb”

“Müharibəyə gəldikdə, bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər – 10 mindən çox fərari olub. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara …

Read More »

Prezident: “Biz Ağdam şəhərini də bərpa edəcəyik”

“Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm …

Read More »

İlham Əliyev: “Ağdam üçün yeni dövr başlayır”

“İndi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var”. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində deyib. Dövlət başçısı qeyd edib ki, işğal edilmiş torpaqlarda hər şey dağıdılıb: “Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi …

Read More »

Ağdamın dağıdılmış infrastrukturunun bərpasına ehtiyac var

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Yuxarı Qarabağ regionuna daxil olan Ağdam rayonu 1930-cu il avqustun 8-də yaranıb. Rayonun mərkəzi olan Ağdam şəhəri Bakıdan 362 km məsafədədir. Rayonun ümumi sahəsi 1,15 min km2-dir. Rayonda 1 şəhər, 2 qəsəbə (Quzanlı, Açarlı), 123 kənd var. Dövlət Statistika Komitəsinin …

Read More »

“Vətən Müharibəsi Qəhrəmanı” fəxri adının kimlərə veriləcəyi açıqlanıb

“Vətən Müharibəsi Qəhrəmanı” fəxri adının kimlərə veriləcəyi açıqlanıb. Boyukmillet.com  xəbər verir ki, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi …

Read More »

Azərbaycan Ordusunun bölmələri Ağdama daxil olub

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub. Bu barədə Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir. Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.

Read More »

Ermənilərin ərazilərimizə atdığı 55 ədəd partlamamış hərbi sursat aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonları və Mingəçevir şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 61 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 5 müraciət daxil olub. ANAMA-dan verilən məlumata görə, daxil olmuş 66 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən …

Read More »

Bu gün Ağdam işğaldan azad edilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq bu gün Ağdam rayonu Azərbaycana qaytarılır. Boyukmillet.com xəbər verir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Ağdamı tərk etməsinə Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları səbəb olub. Belə ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan …

Read More »