Bazar ertəsi , 29 Aprel 2024

Dağlıq Qarabağ münaqişəsi

Yerevana daha 20 təyyarə sülhməramlı gətirildi

15-ci Rusiya sülhməramlı briqadasının hərbi bölmələrinin şəxsi heyətinin və zirehli maşınların olduğu daha iki “An-124” və 18 “İl-76” tipli hərbi nəqliyyat təyyarəsi Yerevan hava limanına enib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik əlavə edib ki, gün ərzində Rusiyanın hərbi təyyarələri ilə 58 avadanlıq – zirehli personal daşıyıcı, yük maşınları, tankerlər, ekskavatorlar və digər maddi-texniki …

Read More »

“Qaçqınkom”: Məcburi köçkünlərin qayıdışı ilə bağlı proqram hazırlanır

“Öz doğma torpaqlarına qayıdan məcburi köçkün soydaşlarımıza çox sərfəli şərtlərlə kreditlər veriləcək”. Boyukmillet.com-un xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. Onun sözlərinə görə, dövlət strukturları, nazirliklər işğaldan azad olunan ərazilərdə yaşayıb işləyənlərin vergidən azad olunma mexanizmlərini işləyib hazırlayır: “Bütün bunlar çox geniş dövlət proqramı qismində təqdim olunacaq”.

Read More »

Ermənistanın XİN rəhbərinin müavini istefa ərizəsini yazdı

Ermənistanın Xarici işlər nazirinin müavini Şavarş Koçaryan işdən çıxarılması ilə bağlı ərizə yazıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mediaport” teleqram kanalı bildirib. Qeyd edilir ki, hətta Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri ərizənin son variantı ilə bağlı xəbərdar edilməyib. Ərizə hələ rəhbərlik tərəfindən imzalanmayıb.

Read More »

Füzulinin işğaldan azad olunan ərazisində iki qardaş minaya düşüb, ölən var

Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir. Bu barədə  Baş Prokurorluqdan məlumat verilib. Belə ki, 14 noyabr saat 17 radələrində 2020-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşları 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı …

Read More »

Ermənilər Kəlbəcəri tərk edir

“Əksəriyyət Kəlbəcəri tərk edib, sadəcə hərbçilər, polislər qalıb”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın RBC agentliyinin Kəlbəcərdəki müxbiri Aleksandr Atasuntsev deyib. Onun sözlərinə görə, bir neçə gün sonra rayon ərazisində faktiki heç kəs qalmayacaq. A.Atasuntsev vurğulayıb ki, ermənilər gedərkən evləri qəsdən yandırırlar. https://youtu.be/qhnhZbqwyHc

Read More »

28 ildən sonra Şuşada cümə namazı qılındı

Azərbaycanlılar 28 ildən sonra ilk dəfə Şuşada, Gövhər ağa məscidində cümə namazı qılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayımlanıb. Namaz vəhdət şəklində, yəni sünni və şiələrlə birlikdə qılınıb. Qeyd edək ki, Azərbaycan Ordusu 28 ildən sonra, bu il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edib. Görüntüləri təqdim edirik: https://www.youtube.com/watch?v=qE_dCOIdKUY&feature=emb_logo

Read More »

Azərbaycan müharibədə itirdiyindən 6 dəfə çox hərbi texnika əldə etdi – Rusiya mətbuatı

Qarabağda bir aydan çox davam etmiş müharibə nəticəsində Azərbaycan ordusu itirdiyindən 6 dəfə çox hərbi texnika əldə edib. Bu barədə Rusiyanın “avia.pro” nəşri yazıb. Nəşr qeyd edib ki, müharibə müddətində Ermənistan 185 tank və 43 piyadaların döyüş maşını (PDM) itirib. Onlardan 66 tank və 22 PDM Azərabycan ordusuna qənimət kimi keçib. Bununla müqayisədə Azərbaycan yalnız 28 tank və 23 PDM, …

Read More »

Türk ordusunun Qarabağdakı xidməti dəqiqləşir: Ruslarla birgə… – FOTO

Azərbaycanın Qarabağ zəfərindən sonra əldə olunan 9 maddəlik razılaşma əsasında ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək 50-60 km uzunluğunda yeni koridor inşa ediləcək. Boyukmillet.com  xəbər verir ki, ikitərəfli yolun Zəngilan rayonuna qədər uzanması gözlənilir. Koridor Azərbaycanın müəyyən etdiyi istiqamətdə olacaq. Koridorun strateji əhəmiyyəti Yolun geosiyasi əhəmiyyəti bundan ibarətdir ki, Azərbaycan Naxçıvanla fiziki əlaqə qura biləcək. Bununla Türk dünyasını …

Read More »

Yaralı əsgərimiz Şuşanın necə alınmasından danışdı

Vətən müharibəsinin ilk günündən cəbhədə idim. Ağır döyüşlər, daim vuruşa can atan, komandirlərimizin hücum əmrini səbirsizliklə gözləyən cəsur əsgər yoldaşlarımın qəzəbli siması, silahlarını, döyüş texnikasını atıb qaçan düşmənlərimizin acizliyi, qorxaqlığı gözlərim önündən həyatım boyu silinməyəcək. Çox dəhşətli idi ki, onlar 30 ildən bəri zəbt etdikləri şəhər, qəsəbə və kəndlərimizdə daşı-daş üstündə qoymamışdılar. Boyukmillet.com  xəbər verir ki, bunu1998-ci ildə İsmayıllı rayonunun …

Read More »