Cümə axşamı , 16 May 2024

Dağlıq Qarabağ münaqişəsi

Qarakənd faciəsindən 29 il ötür

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu “Mi-8” helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının ildönümüdür. Boyukmillet.com xatırladır ki, Qarakənd faciəsindən 29 il ötür. 1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı – ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır: Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi İsmət …

Read More »

Ermənistan itkin düşən hərbçilərini İranda axtarır

Ermənistanın Müdafiə Nazirliyi İran İslam Respublikası ərazisində olan hərbçilərinin sayını bilmir. Boyukmillet.com  “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bildirib. Məlumata görə, Azərbaycanın əvvəllər işğal altında olan ərazilərində Ermənistan ordusunun hərbçiləri və əsgərləri xidmət edib. 44 günlük döyüşlərdə onların bir qismi itkin düşüb. Həmin əsgərlərin valideynləri övladlarının İran ərazisinə keçdiyini ehtimal edirlər. Nazirliyin nümayəndəsi bildirib …

Read More »

Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsi ilə bağlı qərar dərc edilib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycana hərbi qüvvələr göndərilməsi barədə qərarı “Rəsmi Qəzet”də dərc olunub. Boyukmillet.com-un xəbərinə görə, qərarın giriş hissəsində qeyd olunub ki, Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi iki ölkə arasında 16 avqust 2010 tarixində imzalanan “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə uyğun olaraq həyata keçirilir. Qərarda vurğulanıb ki, dost və qardaş ölkə Azərbaycanın …

Read More »

Ermənilər Laçından qaçır – BBC

Ermənilər Laçını tərk edir. Boyukmillet.com-un  məlumatına görə, bu barədə BBC-nin Rusiya xidmətinin hazırladığı reportajda deyilir. Bildirilir ki, 10 noyabrda əldə edilən razılaşmadan sonra əraziyə Rusiya sülhməramlıları gəlib. Hazırda isə ermənilər Laçından qaçır. Qeyd edək ki, üçtərəfli bəyanata görə, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla …

Read More »

Prezident Şuşaya avtomobil yolunun tikintisinə 50 milyon manat ayırdı

Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com  xəbər verir ki, sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb. Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə …

Read More »

Prezident: “Qarabağdakı xunta başçısı bunkerdə gizlənmişdi, burnunu belə bayıra çıxara bilmirdi”

“Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar”. “Boyukmillet.com “ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı deyib. …

Read More »

Prezident: “Bütün dünya görsün və bilsin hansı yaramaz düşmənlə üz-üzəyik”

“Bütün dünya bunu görsün, görsün və bilsin biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər”. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı deyib. “Onların məqsədi var idi ki, bundan sonra heç vaxt burada azərbaycanlılar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq! Hamısını bərpa edəcəyik, …

Read More »

Azərbaycan Prezidenti: “Paşinyanın 7 şərtini başına vurduq”

“Bundan sonra artıq heç kim bizimlə ulitimatum dilində danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan bizə 7 şərt bizə irəli sürmüşdü. Başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər?”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı deyib. “Mənim bir şərtim var idi …

Read More »

İmran Xan: “Azərbaycan əzəli torpaqlarını geri qaytardı”

“Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərərək Dağlıq Qarabağın mübahisəli ərazi olmadığın sübut etdi və azərbaycanlıların öz əzəli torpaqlarını geri qaytardı”. Boyukmillet.com-un məlumatına görə, bunu Pakistanın baş naziri İmran Xan yerli telekanala müsahibəsində bildirib. Onun sözlərinə görə, bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu tanıyır.

Read More »