Bazar ertəsi , 17 İyun 2024

Daxili siyasət

Səbinə Əliyeva islam ölkələrinin ombudsmanlarını işğalın nəticələri və mina problemi barədə məlumatlandırıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva islam ölkələrinin ombudsmanlarını Ermənistanın işğal dövründə törətdiyi ekoloji terror aktları, mina problemi haqqında məlumatlandırıb. Boyukmillet.com-un məlumatına görə, müvəkkil bu barədə İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının (İƏT OA) İdarə Heyətinin Pakistanda keçirilən 10-cu iclasında çıxış edib. Pakistanın Federal Vergi Ombudsmanının ev sahibliyi etdiyi, Türkiyə, Mərakeş, İndoneziya, Bəhreyn və Bolqarıstan ombudsmanlarının təmsil olunduğu tədbirdə …

Read More »

MSK sədrinin müavini: “Azad edilmiş ərazilərdə ilk dəfə 22 mindən çox seçici səs verəcək”

“Azad edilmiş ərazilərdə ilk dəfə 22 mindən çox seçici səs verəcək”. Bunu “Report”a müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir və məntəqələr prosesə tam hazırdır: “Seçki bülletenlərinin çatdırılmasını nəzərə almasaq, onları hazır adlandıra bilərik. 22 mindən artıq seçicimiz işğaldan azad olunmuş ərazilərdə olan məntəqələrin seçici siyahılarına daxil …

Read More »

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər dindirilib

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib Boyukmillet.com xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən Tofiq Həsənov onlayn qaydada qatılıb. Məhkəmədə şahidlərin ifadələri dinlənilib. Onlar ifadələrində Pentensiar Xidmətdə kiçik rəis və zabit vəzifələrinə düzəlmək üçün Pentensiar Xidmətin Katiblik şöbəsinin rəisi Qoşqar Əliyevə pul …

Read More »

Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları, eləcə də müvafiq dairə seçki komissiyalarının sədrləri və katiblərinin də iştirakı ilə Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb. Bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Bildirilib ki, proses açıq və şəffaf şəkildə gerçəkləşdirilib, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları, media …

Read More »

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 72 nəfər köçürülür. Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb. Köçürülənlərin nəqliyyat vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa …

Read More »

Qayınatasını 57 zərbə, şikəst qaynını isə işgəncələrlə öldürməkdə təqsirləndirilən şəxs ifadə verib

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Nofəl Səfərov ifadə verib. O bildirib ki, düşmənçilik keçmiş həyat yoldaşı tərəfindən olub: “Davamız ailə münaqişəsi zəminində baş verirdi. İstintaqa verdiyim …

Read More »

Dövlət Gömrük Komitəsinin 4 əməkdaşına general-mayor rütbəsi verilib – SİYAHI

Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib. Şirinov Natiq Telman oğlu – Dövlət Gömrük Komitəsi sədrinin müavini Əliyev Vüqar İsmayıl oğlu – Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Cahangirov Anar Niyaz oğlu – Hava …

Read More »

MSK sədri: “Erməniəsilli şəxslər səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə bilərlər”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov erməniəsilli şəxslərin də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə biləcəyini bildirib. Boyukmillet.com-un məlumatına görə, o, jurnalistlərə açıqlamasında deyib ki, əsas olan seçicidir və onlar arasında fərq qoyulmur: “Qadınlar, kişilər, xaricdə yaşayanlar, Azərbaycandakı vətəndaşlar da səsvermədə eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir, onların heç birinin üstünlüyü yoxdur”.

Read More »

Həftəsonu vətəndaşlardan 6 silah götürülüb

Polis əməkdaşları həftəsonu vətəndaşlardan 6 silah götürüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 27-28 yanvar tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 220 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Həmçinin, həftəsonu polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə …

Read More »

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Boyukmillet.com-un məlumatına görə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 27 ailə – 115 nəfər köçürülüb. Prezident, müzəffər Ali Baş Komandan İlham …

Read More »