Şənbə , 18 May 2024

Daxili siyasət

Ombudsman 20 Yanvar faciəsini törədənlərin mühakiməsi üçün beynəlxalq təşkilatlara çağırış edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatları 20 Yanvar faciəsini törədənlərin mühakiməsi üçün qətiyyətli addımlar atmağa çağırıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Ombudsmanın 1990-cı il 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd edilib. Sənəddə bildirilib ki, Azərbaycanın şanlı tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələrindən biri kimi silinməz iz buraxmış 20 Yanvar hadisələrindən 34 …

Read More »

Prezident seçkiləri ilə bağlı 153 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

Bu günədək növbədənkənar prezident seçkiləri ilə bağlı akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı 153 nəfərdir. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, 31 beynəlxalq təşkilatı təmsil edən 153 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Read More »

MSK prezident seçkilərində “exit-poll” keçirmək üçün müraciət edən təşkilatları açıqlayıb

Növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlərini təqdim edən təşkilatların sayı məlum olub. Boyukmillet.com-un xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar üç təşkilat MSK-ya sənədlərini təqdim edib: “Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, “Sosial …

Read More »

Kərki kəndinin işğalından 34 il ötür

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun yaşayış məntəqələrindən olan Kərki kəndinin işğalından 34 il keçir. Boyukmillet.com xəbər verir ki, 20 Yanvar faciəsi ərəfəsində ermənilər Naxçıvan Muxtar Respublikasını işğal etməyə cəhd göstəriblər. Belə ki, 1989-cu il dekabrın 14-də ermənilər Kərkik, Sədərək, Günnüt və Havuş kəndlərini güclü atəşə tutublar. 1990-cı il yanvarın 15-dən isə hücumlar daha intensiv hal alıb. Güclü müqavimətə baxmayaraq, yanvarın …

Read More »

Ötən il Bakı Şəhər Prokurorluğunda 4 nəfərə töhmət verilib, 1 nəfər işdən çıxarılıb

Ötən il Bakı Şəhər Prokurorluğunda 4 nəfərə töhmət verilib, 1 nəfər vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunun 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsində məlumat verilib. Bildirilib ki, xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli …

Read More »

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il dekabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 176 811 nəfər təşkil edib. Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Read More »

Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” qanun yenidən işlənilir

“Hərbi qulluqçuların statusu haqqında” qanun yenidən işlənilir. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, dəyişiklik layihəsi rəy verilməsi üçün Müdafiə Nazirliyinə göndərilib. “Azərbaycanın suverenliyinin təmin edilməsi, ərazi bütövlüyümüzün tam təmin edilməsi, eləcə də hərbi qulluqçuların sosial müdafiə məsələləri ilə bağlı bir sıra nüanslar yenidən aktuallıq kəsb …

Read More »

MSK sədri Müstəqil Mətbuat Mərkəzinin yaradılma məqsədindən danışıb

Bütün seçkilərdə Müstəqil Mətbuat Mərkəzi yaradırıq. Məqsədimiz odur ki, seçkilərə hazırlıq, səsvermənin keçirilməsi və bundan sonrakı proseslərdə şəffaflıq təmin edilsin, bu haqda informasiyalar düzgün çatdırılsın. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. MSK sədri jurnalistləri mərkəzin imkanlarından istifadə etməyə çağırıb: “MSK bu Müstəqil Mətbuat Mərkəzinin fəaliyyətinə xüsusi önəm verir. Çünki media olmasa, …

Read More »

Cəlilabadda seçkilərlə əlaqədar təbliğat və təşviqat kampaniyası üçün məkanların yeri məlum olub

Cəlilabad rayonunda seçkilərlə əlaqədar təbliğat və təşviqat kampaniyası üçün məkanların yeri müəyyən edilib. “Report”un Muğan bürosunun məlumatına görə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı Cəlilabad rayonu ərazisində təşviqatın aparılması üçün müəyyən edilmiş 35 məkan təyin olunub.

Read More »