Azərbaycandan kənarda sülhməramlı əməliyyatlarda həlak olan hərbçilərə şəhid statusunun verilməsi təklif olunur. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Məruzədə Azərbaycanın sülhməramlı kontingentinin tərkibində onun ərazisindən kənarda aparılan sülhməramlı əməliyyatlarda iştirak edərkən həlak olan və ya ölmüş elan edilən hərbi qulluqçulara şəhid statusunun verilməsi ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin …
Read More »Azərbaycanda ilk dəfə Xankəndi – Bakı ultra marafonu start götürüb
Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi Xankəndi – Bakı ultra marafonu başlayıb. “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, iştirakçılar “Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yarışa Xankəndidə start veriblər. Onlar ilk olaraq 83 km məsafə qət edərək, Yevlaxa çatacaqlar. Ardından Yevlax – Ucar (84 km), Ucar – Hacıqabul (88 km), Hacıqabul – Qobustan …
Read More »Azərbaycan lideri: Bir il ərzində hüquqlarımız AŞPA-da bərpa olunmazsa, AŞ-dan tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik
Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları AŞPA-da bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısının sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa …
Read More »Ermənilərin təxribatı ilə törədilmiş Sumqayıt hadisələrindən 36 il ötür
Ermənilərin təxribatı ilə törədilmiş Sumqayıt hadisələrindən 36 il ötür. Boyukmillet.com xatırladır ki, 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki …
Read More »Ombudsman 2023-cü il üzrə məruzəsini Prezidentə təqdim edib
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 2023-cü il üzrə məruzəni Azərbaycan Prezidentinə təqdim edib. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Qeyd olunub ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında 2023-cü il üzrə məruzəsi hazırlanıb. Cari il bitdikdən sonra iki aydan gec olmayaraq …
Read More »Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda “Xocalıya ədalət” şüarı yer alıb. https://www.instagram.com/p/C3yHjzEs8aR/?utm_source=ig_embed&ig_rid=4b7a33df-91f2-4b6d-b699-ea79321b6531&ig_mid=CFEAAD1E-4236-4000-8629-55883094073C
Read More »Akif Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademiyanın Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Ağa Mehti oğlu Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. A.Əli Zadə Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri diplomla təltif edilib. Qeyd edək ki, Akif Əli Zadə 1934-cü ildə …
Read More »Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib
Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib. Qeyd edək ki, 10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin …
Read More »Azərbaycanda bələdiyyələrin sayı 500-ə endirilir – EKSKLÜZİV
Azərbaycanda bələdiyyələrin sayı 500-ə endirilir. Boyukmillet.com “Report”un əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Belə ki, hazırda ölkədə 1 605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, Azərbaycanda 500-ə yaxın bələdiyyə fəaliyyət göstərəcək. Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, …
Read More »Narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Komissiyasının iş planı təsdiqlənib
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü ilə dair İş Planı təsdiq edilib. Bu barədə dövlət komissiyasından məlumat verilib. Bildirilib ki, Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə, o cümlədən antinarkotik …
Read More »