Cümə , 3 May 2024

Daxili siyasət

Prezident seçkiləri ilə əlaqədar 37 xarici ölkədə 49 seçki məntəqəsi yaradılıb

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar 37 xarici ölkədə 49 seçki məntəqəsi yaradılıb. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib. O bildirib ki, həmin məntəqələrdə xaricdə yaşayan soydaşlarımız səs verə biləcəklər. Qeyd edək ki, sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə seçki məntəqələrinin yaradılması üçün ayrılan müddət başa çatır. Seçki Məcəlləsinin …

Read More »

Hərbçilər Laçında avtoqəzaya düşüb, həlak olanlar var

Yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar. Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Read More »

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatının birgə tədbirlər planı imzalanıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb. Plana əsasən, Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində cari il ərzində keçirilməsi nəzərdə tutulan tədbirlərin yeri, vaxtı və məsul şəxslər müəyyən edilib. Bu il təşkil ediləcək tədbirlər zamanı hərbi qulluqçuların …

Read More »

Gələn həftə prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri sənədlərin MSK-ya təqdim edilməsi müddəti başa çatır

Gələn həftə prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır. Boyukmillet.com-un xəbərinə görə, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb. Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edəcək. Bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib. Xatırladaq ki, …

Read More »

Azərbaycanda bu il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub

Azərbaycanda 2024-cü il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub. Boyukmillet.com-un xəbərinə görə, ölkədə 1 iyul 2023 – 30 iyun 2024-cü il tarixində kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay olacaq. 1 iyul 2024 – 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 64 il olacaq. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin …

Read More »

Prezident İlham Əliyev: Tarixi Zəfərimiz bütün azərbaycanlıları bir yumruq halına gətirir

Tarixi Zəfərimiz – İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir. Azərbaycan …

Read More »

Azərbaycanda dövlət satınalmaları ilə bağlı yeni qanun qüvvəyə minib 

Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət satınalmaları haqqında” yeni qanun bu gündən qüvvəyə minir. Boyukmillet.com xəbər verir ki, qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edir. Yeni qanunda satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi …

Read More »

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair FHN-in əhaliyə təkrar müraciət edib

Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif məkanlarda, o cümlədən restoran və şənlik zallarında, evlərdə toplanması, bayramın əsas simvolu olan küknar ağaclarının quraşdırılaraq işıqlandırılması və digər hallar yanğın təhlükəsini artırır. Fövqəladə Hallar Nazirliyindən  verilən xəbərə görə, bu zaman kiçik ehtiyatsızlıq və ya diqqətsizlik bayram ab-havasının pozulmasına, acı nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi …

Read More »

Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 17-yə çatıb

Mərkəzi Seçki Komissiyası (MSK) daha bir şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 17-yə çatıb. Xatırladaq ki, MSK dekabrın …

Read More »

YAP-ın növbədənkənar prezident seçkilərində məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Mərkəzi Seçki Komissiyasına (MSK) təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova qurumun bu gün keçirilən iclasında məlumat verib. Onun sözlərinə görə, Milli Məclisin deputatı Kamal Cəfərov məşvərətçi səs hüquqlu üzvü olmaq üçün müraciət edib. Müzakirələrdən sonra məsələ səsə qoyularaq təsdiq edilib. Xatırladaq …

Read More »