Azərbaycan Prezidenti İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli 1304 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmana edilən dəyişiklik aşağıdakı kimidir: “tikinti” sözündən sonra “, yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının istismarı, habelə faydalı qazıntıların çıxarılması ilə …
Read More »Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilib, görüş keçirib
Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdür. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında …
Read More »Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycanda regional təlim mərkəzi yaradıla bilər
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycanda regional təlim mərkəzi yaradıla bilər. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino martın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib. O, regional təlim mərkəzinin yaradılmasının vacibliyini qeyd edib, bu mərkəzin həm Azərbaycanda, həm də region ölkələrində imkanların artırılmasına və peşəkar kadrların hazırlanmasına töhfə verəcəyini deyib. Görüşdə həmçinin azərbaycanlı mütəxəssislərin Beynəlxalq …
Read More »QHT-lər ilə bağlı İşçi qrup yaradılacaq – PREZİDENT SƏRƏNCAM İMZALADI
Qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərindən və dini qurumlardan terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə riskinin başa düşülməsi və məhdudlaşdırılması üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə İşçi qrup formalaşdırılacaq. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlədiyi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair …
Read More »Baş Prokuror: “Zərurət yaranarsa, prokurorluq və DTX əməkdaşları İrana ezam olunacaq”
“Azərbaycanın İrandakı diplomatik korpusuna silahlı hücumla bağlı işin halları göstərir ki, bu şəxs tək olmayıb. Bu, təşkil olunub”. Boyukmillet.com xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib. Onun sözlərinə görə, cinayətin bütün iştirakçıları, sifarişçiləri və icraçıları məsuliyyətə cəlb edilməlidir: “Bununla bağlı artıq biz Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə İran tərəfinə hüquqi yardım haqqında vəsatət hazırlayırıq. …
Read More »Kamran Əliyev: “2022-ci ildə Azərbaycanda cinayətkarlıqla bağlı vəziyyət stabil olub”
“2022-ci ildə Azərbaycanda cinayətkarlıqla bağlı vəziyyət stabil olub, cinayətkarlığın açılması faizi isə kifayət qədər yüksəkdir. Burada xüsusən prokurorluq, daxili işlər və ümumiyyətlə hüquq-mühafizə orqanlarının birgə fəaliyyətini qeyd etmək istərdim”. Boyukmillet.com xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib. Onun sözlərinə görə, ölkədə xüsusilə ağır və ağır cinayətlərin sayında azalma tendensiyası müşahidə edilir: “Narkotik vasitələrin qanunsuz …
Read More »Bu gün Bakıdan doğma yurdlarına yola salınan 10 ailə Ağalıya çatıb
Böyük Qayıdış çərçivəsində bu gün Bakıdan doğma yurdlarına yola salınan 10 ailə Zəngilan rayonunun Ağalı kəndinə çatıb. Boyukmillet.com xəbər verir ki, sakinlərini Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb. Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib. Qeyd edək ki, sakinlər Abşeron rayonunun Masazır kəndindən yola …
Read More »Cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılmasına qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının detalları açıqlanıb
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planının detalları açıqlanıb. Boyukmillet.com xəbər verir ki, plan Prezident İlham Əliyevin müvafiq sərəmcamı ilə təsdiq edilib. 1. Qısa xülasə Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə 2023-2025-ci illəri əhatə edən bu Milli Fəaliyyət Planı ölkəmizdə cinayət yolu …
Read More »Naxçıvan Ali Məhkəməsinə yeni sədr təyin edilib
Səadət İnayət qızı Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Read More »Sumqayıt hadisələri: Ermənilərin təxribatından 35 il ötür
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 35 il ötür. Boyukmillet.com xatırladır ki, 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, antiazərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki …
Read More »