Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Ermənistanın xalqımıza qarşı törətdiyi terror aktları ilə bağlı paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir: “Erməni terrorizminə son! Стоп армянскому терроризму! Stop Armenian terrorism!” https://www.instagram.com/reel/Cj0DSudOjYP/?igshid=NDc0ODY0MjQ=
Read More »Elçin Bağırov Azərbaycan Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib
Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, dövlət başçısının digər sərəncamı ilə Elçin Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Read More »Şuşada Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq
Oktyabrın 20-də Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin xeyir-duası və müsəlman dini liderlərinin yekdil rəyi ilə ərsəyə gələn Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq. Boyukmillet.com-un xəbərinə görə, toplantıda dini liderlərin Birgə Bəyanatı qəbul ediləcək. Daha sonra isə dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.
Read More »Dünya azərbaycanlıları Ermənistanın şəhərlərimizi bombalamasının ikinci ildönümü ilə bağlı bəyanat yayıb
Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində Gəncə, Bərdə, Tərtər, Naftalan və digər Azərbaycan şəhərlərinin bombalanmasının ikinci ildönümü ilə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanat müxtəlif ölkələrin dövlət və hökumət başçılarına, parlament üzvlərinə, beynəlxalq təşkilatlara və onların yerli nümayəndəliklərinə ünvanlanıb. Bəyanatda deyilir: “Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar 27 sentyabr-10 …
Read More »Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür
Bu gün – oktyabrın 17-si Füzuli şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür. Boyukmillet.com xəbər verir ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən iki il ötür. 2020-ci ilin oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 …
Read More »MN: “Azad edilmiş ərazilərdə bu günədək 1 078 km-dən çox yeni təminat yolları çəkilib”
Azad edilmiş ərazilərdə bu günədək 1 078 km-dən çox yeni təminat yolları çəkilib. Boyukmillet.com xəbər verir ki, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə cari ilin oktyabr ayı ərzində 50 km-dən çox, ümumilikdə işğaldan azad edilmiş ərazilərdə bu günədək 1 078 km-dən çox yeni təminat …
Read More »“Azərbaycanın misilsiz uğurlarının qarşısında Prezident İlham Əliyevin imzası var” – RƏY
“Azərbaycanın misilsiz uğurlarının qarşısında Prezident İlham Əliyevin imzası var”. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib. O vurğulayıb ki, insanı cəmiyyətdə ucaldan uğurlar Vətən sevgisindən qaynaqlanır: “2003-cü ilin 15 oktyabrında ölkəmizdə keçirilmiş prezident seçkilərində də xalq Vətəni, onun nicat yolunu seçdi. Dövlətçiliyimizin xilaskarı, ümummilli lider Heydər Əliyev ideyalarının ən sadiq davamçısı İlham Əliyev müstəqil Azərbaycanın yeni prezidenti …
Read More »Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın Katibliyini yaradıb
Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Katiblik yaradıb. Boyukmillet.com xəbər verir ki, Baş nazir Əli Əsədov Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə qərar imzalayıb. Qərara əsasən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət …
Read More »Cəbi Quliyev-“Praqa səfəri bir daha Naxçıvana keçid məsələsinin hər zaman gündəmdə olduğunu göstərdi”
Oktyabrın 6-da bütün dünyanın diqqəti Praqaya yönəlmişdi. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olan dövlət başçısı İlham Əliyevin Sammit çərçivəsində keçirdiyi görüşlər, «Avropa qitəsində sülh və təhlükəsizlik» mövzusunda dəyirmi masada çıxışı, eyni zamanda, media nümayəndələrinə verdiyi açıqlamalar ölkəmizin diplomatik müstəvidə …
Read More »“Gəncə Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə şəhid verib” – RƏY
“Gəncə şəhəri 44 günlük Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə şəhid verib”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. O, Gəncə terrorunun yaddaşlarda dəhşətli bir gecə kimi qaldığını, ani şok halından ilk əvvəl nə baş verdiyini anlamaq mümkün olmadığını söyləyib: “Gecə saatlarında əhalinin sıx yaşadığı bir əraziyə ballistik raketin atılmasının tək bir adı var, o da terrordur. …
Read More »