Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında Dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin icrasında əməkdaşlığa dair birgə bəyənnamə imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənədi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva imzalayıb. Bəyənnaməyə əsasən, QHT Agentliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi Dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin …
Read More »İlham Əliyev minifutbol yığmasını təbrik edib: “Siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız”
“Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, – komanda deyəndə mən bunu nəzərdə tuturam, – siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız”. Boyukmillet.com-un xəbərinə görə, bunu iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edən zaman deyib. Dövlət başçısı vurğulayıb ki, istənilən …
Read More »Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayırıb
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə …
Read More »Baş Prokurorluq növbəti regional konfransı Şəkidə təşkil edir
Baş Prokurorluq növbəti regional konfransı Şəkidə təşkil edir. Boyukmillet.com xəbər verir ki, Baş Prokurorluq Mingəçevir şəhər, Ağdaş, Balakən, Oğuz, Qəbələ, Qax, Şəki, Yevlax və Zaqatala rayon və hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının iştirakı ilə iyunun 17-də konfrans təşkil edəcək. “Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi” adlı işgüzar konfransda digər dövlət və media qurumları, qeyri-hökumət …
Read More »Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Şuşada iclası keçirilib
İyunun 13-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Konstitusiya Məhkəməsi, Milli Məclis və Nazirlər Kabineti nümayəndələrinin iştirakı ilə Şuşada Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (HEQT Mərkəzi) Müşahidə Şurasının genişləndirilmiş formatda ilk əyani iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli Fərmanı ilə yaradılmış Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin qarşısına qoyulmuş əsas vəzifələr və …
Read More »BŞİH “Azad qadın” heykəlinin söküləcəyi barədə məlumatlara münasibət bildirib
“Bakıda “Azad qadın” heykəlinin ətrafında aparılan təmir işləri ilə bağlı sosial şəbəkələr və bir sıra KİV-də yayılan xəbərlər çox təəccüb və təəssüf doğurur”. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu heç bir çərçivəyə sığmır: “Hazırda Bakı Şəhər İcra …
Read More »Əli Əsədov Slovakiya Milli Şurasının sədri ilə görüşüb
Azərbaycan Baş naziri Əli Əsədov iyunun 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan-Slovakiya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulanıb. Slovakiya Milli Şurasının sədrinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə olundu. Eyni zamanda B.Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərinin əhəmiyyəti vurğulandı. Bu …
Read More »Səhiyyə Nazirliyinin səlahiyyətlərindən biri alınaraq TƏBİB-ə verilib
Səhiyyə Nazirliyinin səlahiyyətlərindən biri alınaraq TƏBİB-ə verilib Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” fərmanlarına dəyişiklik etməsi ilə mümkün olub. Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin əlilliyin qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri …
Read More »Biləsuvarda 26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı konfrans keçirilib
Biləsuvar rayonunda 26 İyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, konfrans Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyası və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən keçirilib. Tədbirdə iştirak edən Biləsuvar Rayon …
Read More »Azərbaycanda ailə planlaşdırılması üzrə strateji proqram hazırlanır
“Ölkəmizdə məişət zorakılığının qarşısının alınması, gender bərabərliyi və uşaq hüquqlarının təmini ilə bağlı qanunvericilik aktları və strateji sənədlərin qəbul olunması bu sahədə zəruri addımlardandır. Ailə planlaşdırılması üzrə strateji proqramın hazırlanması və təsdiq edilməsi də mövcud istiqamətdə tədbirlərin gücləndirilməsinə töhfə verəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Azərbaycanda keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı və Ədliyyə Nazirliyi tərəfindən …
Read More »