Cümə axşamı , 19 Fevral 2026

Daxili siyasət

Laçın sakininin 30 il əvvəl evini tərk edərkən divarda saxladığı foto hələ də yerindədir

Laçın şəhər sakininin 30 il əvvəl evini tərk edərkən divarda saxladığı foto hələ də yerindədir. Boyukmillet.com xəbər verir ki, foto İsmayılova Məlahət Museyib qızına məxsusdur. Güman olunur ki, ev və əşyalar çox köhnə olduğu üçün ermənilər orada yaşamayıb. Foto da bu səbəbdən divarda qalıb. Qeyd edək ki, Azərbaycan hərbçiləri avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərini nəzarətə götürüb.

Read More »

Prezident İlham Əliyev Bakıda Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, sanatoriyanın yeni binası Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən inşa olunub. Səhiyyə naziri Teymur Musayev dövlət başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, 1914-cü ildən fəaliyyət göstərən professor Gindes adına Uşaq və Yeniyetmələr …

Read More »

Prezident Bakıda yeni inşa edilən məktəb kompleksində yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksində yaradılan şəraitlə tanış olub. Boyukmillet.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə məktəbdə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, 1928-ci ildə inşa edilən təhsil ocağında müxtəlif illərdə təmir-bərpa işləri görülsə də, sıxlıq səbəbindən məktəbin əsaslı şəkildə yenidən qurulmasına …

Read More »

İlham Əliyev Bakının 35 saylı tam orta məktəbində yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Boyukmillet.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 1931-ci ildən fəaliyyət göstərən 35 nömrəli tam orta məktəb tamamilə yenidən qurulub, təhsil ocağının 1931-1935-ci illərdə inşa edilmiş köhnə korpusu …

Read More »

Azərbaycanda siyasi partiyaların fəaliyyətinə nəzarət yeni qaydada tənzimlənəcək

Azərbaycanda siyasi partiyaların fəaliyyətinə nəzarət yeni qaydada tənzimlənəcək. Boyukmillet.com xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, siyasi partiyanın fəaliyyətinin qanunvericiliyin və nizamnaməsinin tələblərinə uyğunluğuna nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum): – …

Read More »

Siyasi partiyanın fəaliyyətinin dayandırılması və bərpası üçün yeni qaydalar müəyyənləşib

Azərbaycanda siyasi partiyanın fəaliyyətinin dayandırılması və bərpası üçün yeni qaydalar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Qeyd olunub ki, siyasi partiya fəaliyyətini müvəqqəti dayandıra bilər. Bu barədə qərar (fəaliyyətin dayandırıldığı müddət dəqiq göstərilməklə) siyasi partiyanın qurultayı tərəfindən qəbul olunur. Qurultayın keçirildiyi tarixdən 3 gün müddətində siyasi partiya qəbul olunmuş qərarı müvafiq …

Read More »

Azərbaycanda siyasi partiyaların təsis edilməsi üçün yeni qayda müəyyənləşib

Azərbaycanda siyasi partiyaların təsis edilməsi üçün yeni qayda müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantında özəksini tapıb. Qeyd olunub ki, siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan, Azərbaycanın tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir. Siyasi partiyanın təsis edilməsi məqsədilə təsisçilər təsis yığıncağını keçirəcəklər. Təsisçilərin siyasi partiyanın …

Read More »

Azərbaycanda siyasi partiyanın ləğvi üçün yeni qayda müəyyənləşib

Azərbaycanda siyasi partiyanın ləğvi üçün yeni qayda müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Qeyd olunub ki, siyasi partiya bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda siyasi partiya qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Siyasi partiyanın ləğvi barədə siyasi partiyanın qurultayının qərarı siyasi partiyanın nizamnaməsində nəzərdə …

Read More »

Bakıda Laçının geri qaytarılması ilə əlaqədar konsert və atəşfəşanlıq olub

Bakının Xətai rayonunda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülməsi ilə əlaqədar konsert proqramı təşkil edilib. Boyukmillet.com xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram konsertində Ulu Öndər Heydər Əliyevin dövlətimiz qarşısındakı böyük xidmətlərindən və Prezident İlham …

Read More »