Cümə axşamı , 2 Aprel 2026

Daxili siyasət

İcra başçısının sabiq müavini və iki nəfərin həbs müddətinin uzadılması üçün məhkəməyə təqdimat daxil olub

Qaradağ rayonunun icra başçısının sabiq müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovun barələrindəki həbs qətimkan tədbirinin mayın 30-na qədər uzadılması üçün məhkəməyə təqdimat daxil olub. Boyukmillet.com-un məlumatına görə, təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Qeyd edək ki, onlar 2025-ci ilin …

Read More »

Azərbaycanda İcra Hakimiyyətində 14 vəzifəli şəxs işdən ÇIXARILDI

Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib. Boyukmillet.com oxu.az-a istinadən xəbər verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib. Bu barədə icra başçısı Rövşən Bağırov əmr imzalayıb. Əmrə əsasən, icra hakimiyyətinin aşağıda adları çəkilən əməkdaşları vəzifələrini itiriblər: 1. İntiqam Əhmadov – Ağsu RİH başçısının Ərəbuşağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin …

Read More »

Suraxanı icra başçısına töhmət verilib, Xəzər icra başçısına xəbərdarlıq edilib

Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına (Adil Əliyev) töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına (Elşən Salahov) isə şifahi xəbərdarlıq elan edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, məsələ ilə bağlı BŞİH paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirib. …

Read More »

Vüqar Qurbanovun vəzifəsinə namizəd olan şəxs İNFARKT KEÇİRDİ – FOTO

SAVASHMEDİA.az xəbər verir ki, hadisə üç gün əvvəl baş verib. Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra onun yerinə məhz Elçin Əmirovun gətiriləcəyi ehtimal olunurdu. İndi onun səhhətində problemlərin yaranması bu ehtimalı bir qədər azaldır. Bundan əlavə, məlumatlı şəxslər bildirirlər ki, onun əvvəlki rəhbərliyə yaxınlığı və digər məqamlar yayılan məlumatın şayiə olduğunu deməyə əsas verir. …

Read More »

Keçən ay 23 milyon manata yaxın dəyərdə narkotik vasitə dövriyyədən çıxarılıb

Bu ilin yanvar ayında qanunsuz dövriyyədən çıxarılmış 893 kq 456, 646 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 795 min AZN kimi qiymətləndirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun bu ilin yanvar ayı üzrə hesabatında qeyd olunub. Məlumata görə, aşkarlanmış faktlar …

Read More »

Azərbaycanda sərvətlər ədalətli bölünürmü?

“Hər kəs görə bilər ki, Azərbaycanda sərvətin bölüşdürülməsi çox ədalətli şəkildə həyata keçirilir”. Bu sözləri bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti qarşısında çıxış edərkən bildirib. Prezident çıxışında vurğulayıb ki, Azərbaycan karbohidrogen resurslarına sahib ölkə kimi həm özünü neft, qaz, neft məhsulları və elektrik enerjisi ilə təmin edir, həm də bu məhsulları ixrac edir. Əliyevin …

Read More »

Elmira Axundovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu

Qaçaq səfir Elmira Axundovanın yaxın adamı Elnur İbrahimov Nəsimi Rayon Məhkəməsinə aşkar absurd iddia təqdim edib. Maraqlıdır ki, iddianın absurdluğu nəzərə alınmayıb və qəbul olunaraq hakim Həbibə Miriyevanın icraatına verilib. Elnur İbrahimov iddiasında Ali Məhkəmənin 10 il öncə çıxarılmış qərarında göstərilən 350 min manat ziyanın 200 min manat hesablanmasını tələb edir. Əgər Nəsimi Rayon Məhkəməsi Elnur İbrahimovun iddiasını təmin edərsə, …

Read More »

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanı KTMT-nin üzvü edəcəkdi

Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşmışdı. Boyukmillet.com-un məlumatına görə, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələri ilə bağlı məlumatında deyilir. Qeyd olunub ki, Qənimət Zayıdov …

Read More »

Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanının əməkdaşı ilə telefon danışığının səs yazısı yayılıb

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanının əməkdaşı ilə telefon danışığının səs yazısı yayılıb. Boyukmillet.com xəbər verir ki, bu, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videoməlumatda öz əksini tapıb. Ramiz Mehdiyev xarici xüsusi xidmət orqanlarının əməkdaşı ilə danışan zaman Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən qurulması ilə bağlı təkliflərin olduğunu və bunun onlar üçün maraqlı olacağını deyib. Həmçinin Prezident Administrasiyasının …

Read More »

Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd edilib. Qeyd edilib ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında …

Read More »