Bazar ertəsi , 12 Yanvar 2026

Digər ölkələr

İranda üç günlük matəm elan edildi

İran hökuməti ölkədə baş verən kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə əlaqədar üç günlük matəm elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın dövlət televiziyası Press TV məlumat yayıb. Bildirilir ki, matəm qərarı iğtişaşlar zamanı onlarla iranlının, o cümlədən təhlükəsizlik qüvvələrinin nümayəndələrinin həyatını itirməsi ilə bağlı verilib. Məlumatda qeyd olunur ki, hökumət həlak olanların ailələrinə başsağlığı verib …

Read More »

İsrail Baş nazirinin ofis rəhbəri məxfi məlumatların sızdırılması ilə bağlı dindirilib

İsrailin Baş nazirinin administrasiya rəhbəri Tsaxi Braverman saxlanılıb və ağır cinayətlərin araşdırılması üzrə polis şöbəsinə aparılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. Qeyd olunub ki, o, xarici KİV-lərə məxfi məlumatların sızdırılması ilə bağlı aparılan istintaq çərçivəsində şübhəli şəxs qismində dindirilib. “Bu gün səhər “Lahav 433″ xüsusi bölməsinin əməkdaşları Baş nazirin dəftərxanasından yüksək vəzifəli məmuru …

Read More »

İsrail İranla barışmağın şərtini açıqlayıb

Etirazlardan sonra İran rəhbərliyi dəyişərsə, İsrail Tehranla tərəfdaşlıq əlaqələri qura bilər. Boyukmillet.com “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu həftəlik kabinet iclasında çıxışı zamanı bildirib. “Biz İranın qəhrəman və cəsur vətəndaşlarının yanındayıq və (hakimiyyət dəyişikliyindən – red) sonra hər iki xalqın rifahı naminə birlikdə yaxşı işlər görəcəyik. O gün gələndə İsrail və İran …

Read More »

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ Prezidenti Donald Trampı “istənilən hücumun” ağır nəticələrə səbəb olacağı barədə açıq şəkildə xəbərdar edib. Qalibafın sözlərinə görə, ABŞ tərəfindən hər hansı hərbi addım atılacağı təqdirdə Tehran cavabsız qalmayacaq və regionda genişmiqyaslı qarşıdurma qaçılmaz olacaq. O bildirib ki, belə bir ssenaridə İsraillə yanaşı, ABŞ-ın …

Read More »

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, o, Rusiyanın Lvov vilayətinə qarşı orta mənzilli ballistik raket — “Oreşnik”dən istifadə etdiyini iddia etməsinin Avropa təhlükəsizliyi üçün son dərəcə təhlükəli siqnal olduğunu bildirib. Nazirin sözlərinə görə, Aİ və NATO sərhədlərinə yaxın ərazidə belə bir zərbə bütün Avropa qitəsinin təhlükəsizliyinə ciddi təhdid yaradır və bu …

Read More »

Türkiyə İrana uçuşları DAYANDIRDI

“Türk Hava Yolları” (THY) 13 gündür etirazların davam etdiyi İranın paytaxtı Tehrana cümə günü 5 reysi ləğv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Arabia” agentliyinin İstanbul Hava Limanına istinadən məlumat yayıb. Qeyd olunur ki, İran aviaşirkətləri tərəfindən icra olunan daha 5 reys də ləğv edilib. Bununla yanaşı, 7 reys hələlik cədvəldə saxlanılır. Türkiyə rəsmiləri İranda baş verən etirazlarla bağlı hələlik rəsmi açıqlama verməyiblər. “Flight …

Read More »

İranda etiraz dalğası genişlənib, aparıcı xəbər agentliklərinin saytları işləmir

İranda etirazların yeni dalğası başlayıb, bu gün səhər saatlarında minlərlə insan paytaxt Tehranın küçələrinə axışıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb. Etirazlar fonunda bir çox aparıcı xəbər agentliklərinin saytları işləmir. Ölkədə 12 saatdır ki, internet bağlantısı yoxdur. “Azad İran”ın məlumatına görə, Yəzddə etirazçılar bələdiyyə binasını, Tehranda isə inzibati binalardan birini yandırıblar. Bildirilib ki, Tehranın Firdovsi bulvarında …

Read More »

Gürcüstan Ermənistana göndərilən Azərbaycan yanacağından PUL QAZANACAQ

Gürcüstan Azərbaycandan Ermənistana göndərilən benzinin ikinci tranziti üzrə ödəniş alacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan erməni mediasına açıqlamasında bildirib. Onun sözlərinə görə, tranzit haqqının ödənilməsi benzinin qiymətinə ciddi təsir göstərməyəcək. Ayriyan qeyd edib ki, qiymətlərə əsas təsiri valyuta məzənnələrindəki dəyişikliklər və qlobal bazar qiymətləri göstərir.

Read More »

ABŞ vətəndaşlarına İranla bağlı ÇAĞIRIŞ ETDİ

ABŞ Dövlət Departamenti vətəndaşlarına rəsmi xəbərdarlıq edərək, onları İrana səyahət etməkdən çəkinməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə mesaj departamentin “X” sosial şəbəkəsindəki səhifəsində dərc edilib. Bildirişdə qeyd olunur ki, ABŞ-ın Tehranda səfirliyi yoxdur və vətəndaşlarının İranda olması terrorizm, kütləvi iğtişaşlar, adam oğurluğu və əsassız həbs də daxil olmaqla ciddi risklərlə əlaqələndirilir. Dövlət Departamentinin açıqlamasında deyilir: “Təhlükəsizliyiniz üçün heç bir …

Read More »

Türkiyə Ukraynaya qoşun göndərmək üçün şərtini AÇIQLADI

Ötən ayın sonlarından etibarən İranda baş qaldıran etiraz aksiyaları artan templə davam etməkdədir. Bu günlər ərzində bir çox məsələlər gündəmi zəbt etdi. Aksiyaların əsas nəticəsi kimi, 1979-cu ildə tarixin arxivinə göndərilən Şah rejiminin geri qaytarıla biləcəyi ehtimalı daha çox irəli sürülür. Son gələn məlumatlara əsasən deyə bilərik ki, sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu, hazırda Amerikada yaşayan Rza Pəhləvi …

Read More »