Şənbə , 28 Dekabr 2024

Digər ölkələr

Bayden: “Amerikalılar və ruslar bir-birinə atəş açsalar, yeni dünya müharibəsi başlayacaq”

ABŞ ordusu heç bir halda Ukraynaya göndərilməyəcək. Boyukmillet.com xəbər verir ki, bunu NBC telekanalına müsahibəsində ABŞ Prezidenti Cozef Bayden deyib. Ağ Ev rəhbəri bildirib ki, Rusiya-ABŞ münaqişəsinin olacağı təqdirdə dünya müharibəsini proqnozlaşdırır. ABŞ liderinin sözlərinə görə, “amerikalılar və ruslar bir-birinə atəş açsalar, onda yeni dünya müharibəsi başlayacaq”. Cozef Bayden həmçinin ABŞ vətəndaşlarını münaqişənin gərginləşməsi ehtimalına görə Ukraynanı tərk etməyə çağırıb.

Read More »

BMT baş katibi Liviyaya çağırış edib

BMT baş katibi Antoniu Quterreş Liviyaya çağırış edib. Boyukmillet.com xəbər verir ki, A.Quterreş ölkədə müharibə edən tərəflərə xalqın iradəsinə hörmət edilməsinə və seçkilərin mümkün qədər tez keçirilməsinə çağırıb. “Ölkədə prezident və parlament seçkiləri prioritet olmalıdır”, – deyən A.Quterreş Liviyanın şərqində yerləşən Tobrukdakı Nümayəndələr Palatasının keçmiş daxili işlər naziri Fəthi Başağanın baş nazir seçilməsindən sonra tərəflərin də şəffaflıqla qərarlar qəbul etməli …

Read More »

İspaniyanın dörd qırıcısı NATO missiyasında iştirak üçün Bolqarıstana enib

İspaniyanın “Eurofighter” qırıcıları NATO hava məkanını mühafizə missiyasında iştirak etmək üçün Bolqarıstandakı Qraf-İqnatyevo aviabazasına enib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Martın 31-dək qırıcılar və 130 ispan hərbi qulluqçusu Bolqarıstan Hərbi Hava Qüvvələrindəki həmkarları ilə birlikdə hava məkanının gücləndirilmiş mühafizəsi üzrə tapşırıqları yerinə yetirəcək. Daha əvvəl Müdafiə Nazirliyi xatırladıb ki, NATO-nun …

Read More »

Niderland, Britaniya və Yaponiya vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib

Niderland hakimiyyəti öz vətəndaşlarını təhlükəsizlik baxımından Ukrayna ərazisini mümkün qədər tez tərk etməyə çağırıb. Bu barədə Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, oxşar tövsiyə Britaniya Xarici İşlər Nazirliyi tərəfindən də verilib. “Britaniya Xarici İşlər Nazirliyi Ukraynaya səfər etməməyi tövsiyə edir. Ukraynada olan Britaniya vətəndaşları kommersiya uçuşlarının mövcud olduğu bir vaxtda dərhal oranı tərk etməlidirlər”, – Britaniya mediası məlumat yayıb. …

Read More »

Madaqaskarda qasırğa qurbanlarının sayı 130-u ötüb

Madaqaskarda “Batsirai” qasırğası nəticəsində ölənlərin sayı 130-u keçib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, təbii fəlakət qurbanlarının ümumi sayı 112 min nəfərə çatıb, onlardan 61 min nəfəri məcburi köçkündür. Siklon 50-dən çox xəstəxananı, 1200-ə yaxın sinif otağını dağıdıb. Madaqaskarın Meteorologiya Baş İdarəsi yeni “Cliff” siklonunun yaxınlaşması barədə xəbərdarlıq edib. “Midi Madaqasikara” qəzetinin daha əvvəl xəbər verdiyi kimi, siklon leysan yağışlarla …

Read More »

BƏƏ koronavirus məhdudiyyətlərini ləğv edir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları ölkədə koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması prosesinin başladığını elan edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin WAM xəbər agentliyi məlumat yayıb. Məhdudiyyətlərin aradan qaldırılması turizm obyektləri, ticarət-əyləncə mərkəzləri və digər müəssisələrə aiddir. Həmçinin məscidlərdə namaz qılanlar arasında sosial məsafənin 1 metrə endirilməsi barədə qərar qəbul …

Read More »

ABŞ, NATO, Aİ, ATƏT Rusiya ilə əməkdaşlığı müzakirə edib

ABŞ dövlət katibinin birinci müavini Uendi Şerman çərşənbə günü Aİ, NATO və ATƏT nümayəndələri ilə telefonla Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya ilə diplomatik əməkdaşlığı müzakirə edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın bəyanatında deyilir. Məsləhətləşmələrdə NATO baş katibinin müavini Mirça Coana, ATƏT-in baş katibi Helqa Şmid, Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino …

Read More »

Somalidə silahlılar məscidə gələn şəxsləri atəşə tutublar

Şəxsiyyəti müəyyənləşdirilməmiş silahlılar ötən gecə Somalinin cənubunda məscidə hücum ediblər. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, hadisə Aşağı Şebelle regionunun Afqoye rayonunda baş verib. Məscidə daxil olan silahlılar orada olan şəxsləri atəşə tutublar. Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hücumun səbəbi məlum deyil. Bu rayon son zamanlar tez-tez “Əş-Şəbab” qruplaşmasının hücumlarına məruz qalır. Ordu və təhlükəsizlik qüvvələri məscidin …

Read More »