Bazar ertəsi , 30 Dekabr 2024

Digər ölkələr

İsrail Azərbaycan əsilli müharibə veteranını qəhrəman elan edib

Bir zamanlar Azərbaycanda yaşayaraq sonradan İsrailə köçmüş İkinci Dünya müharibəsi veteranı Giorgi Ginzburq bu ölkənin Ədliyyə Nazirliyi tərəfindən antifaşist döyüşçü kimi tanınıb. Bu barədə “Boyukmillet.com” İsrail mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, o, müharibə zamanı sovet ordusu sıralarında bir sıra qəhrəmanlıqlar göstərib. Giorgi Ginzburq İkinci Dünya Müharibəsi qəhrəmanı kimi tanınıb və bir sıra imtiyazlar əldə edib. 103 yaşlı Giorgi Ginzburg ötən …

Read More »

İraq parlamenti sədrinin iqamətgahına raket atılıb, 2 nəfər yaralanıb

İraq parlementinin sədri Məhəmməd əl-Halbusinin iqamətgahına atılan raket nəticəsində 2 nəfər yaralanıb. Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq hökumətinə bağlı KİV şəbəkəsinin yaydığı açıqlamada bildirilib. Məlumata görə, hadisə Ənbar əyalətinn Garma rayonunda baş verib. Bildirilib ki, parlament sədrinin doğulduğu Garma rayonuna 4 raketlə terror hücumu olub. Raketlərdən biri Məhəmməd əl-Halbusinin iqamətgahına düşüb. Halbusinin ofisindən hadisə ilə …

Read More »

Polşa Belarusla sərhəddə hasar çəkir

Polşa Belarusla sərhəddə hasar çəkməyə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi tviter səhifəsində məlumat yayıb. “Polşa-Belarus sərhədində hasarın tikintisinə başlanılıb. Bu gün Sərhəd Mühafizəsi tikinti sahələrini podratçılara təhvil verib”, – məlumatda deyilir. Hasarın uzunluğu 186 kilometr olacaq. Layihənin dəyəri 1,6 milyard zlotdur. Qeyd edək ki, 2021-ci ilin noyabrında minlərlə miqrant Polşa-Belarus sərhədində toplanıb. Onlardan bəziləri Polşaya …

Read More »

ABŞ Belarusa xəbərdarlıq edib

“Belarus ərazisindən Ukraynaya hücum üçün istifadə edilərsə, ABŞ və onun müttəfiqləri Minskə qarşı tədbir görəcəklər”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays növbəti brifinqdə deyib. Onun sözlərinə görə, Rusiya qoşunları Belarus ərazisində daimi yerləşərsə, NATO Belarusla həmsərhəd ölkələrdə öz qüvvələrinin düzülüşünə yenidən baxmalı ola bilər: “Biz həmçinin Belarusa açıq şəkildə bildirdik ki, ərazisinin Ukraynaya hücumu …

Read More »

İraqda törədilən terror aktı nəticəsində bir neçə hərbçi həlak olub

İŞİD terrorçularının İraqda törətdiyi terror aktı nəticəsində azı bir neçə hərbi qulluqçu həlak olub. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, hadisə Kərkükün cənubunda Dakuk rayonunda qeydə alınıb. Yerli polis faktı təsdiqləyib. Qeyd edilir ki, uzaqdan idarə olunan bomba hərbi maşının keçdiyi yolda partladılıb. Partlayış nəticəsində 3 hərbi qulluqçu həlak olub, daha 1 əsgər yaralanıb. Qeyd edək ki, …

Read More »

Rusiyada dollar kəskin bahalaşdı

Moskva birjasında bu gün dollar kəskin bahalaşıb. Boyukmillet.com xəbər verir ki, 1 dollar 1,5 rubl bahalaşaraq, 78,91 rubla çatıb. Avro isə 1,56 rubl qalxıb və 89,43 rubl olub. Qeyd edək ki, bu, 2020-ci il martından bəri ən yüksək göstəricidir.  

Read More »

Aleksandr Lukaşenko: “Belarusun işğalına imkan vermərəm”

“Belarusun işğal edilməsinə mən heç vaxt imkan vermərəm”. Boyukmillet.com BelTa-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Lappo ilə görüşündə bildirib. “Mən heç vaxt rəqiblərimlə mübahisə etmək səviyyəsinə enməmişəm, amma bu gün “Belarus işğal edilib” ifadəsinin oxuyandan sonra təəccübləndim. Baş komandan olaraq mən fikir verməmişəm. Bəlkə “Belarusun işğalı” xəbərini sən mənə verməyibsən?”,- Aleksandr …

Read More »

Malidəki Fransa bazası raket atəşinə tutulub

Malinin şimalındakı Fransa bazası raket atəşinə tutulub. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, hərbi bazada missiyanı yerinə yetirən 20 italyan əsgərindən xəsarət alan olmayıb. Bazanın rəhbəri Lorenzo Guerini vəziyyətin inkişafını diqqətlə izləyir. Fransanın Malidəki əsas hərbi bazası Qao bölgəsində yerləşir. Bölgə həm də Fransanın 2013-cü ildən Malidə keçirdiyi Barkhane əməliyyatının mərkəzi hesab olunur.

Read More »

Yəməndə həbsxanaya hava hücumunda ölənlərin sayı 87 nəfərə çatıb

Yəməndə həbsxanaya hava hücumunda ölənlərin sayı 87 nəfərə çatıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb. Yaralı sayı 226 nəfər təşkil edir. Yanvarın 21-də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə husilərin qiyam qaldırdığı həbsxanaya hava zərbələri endirib. İlkin məlumatlarda 70 nəfərin öldüyü, 140-a yaxın insanın yaralandığı bildirilirdi. Xilasedicilər dağıntılar altından qurbanları və ölənlərin meyitlərini çıxarmaqda davam edir. …

Read More »

ABŞ-dan Ukraynaya birinci əlavə hərbi yardım göndərilib

ABŞ-dan Ukraynaya birinci əlavə hərbi yardım göndərilib. Boyukmillet.com  xəbər verir ki, məlumat ABŞ-ın Ukraynadakı səfirliyinin tviter səhifəsində paylaşılıb. Bildirilib ki, 90 tona yaxın uçuş aparatı, o cümlədən Ukraynanın cəbhə xəttinin müdafiəçilərinə döyüş sursatı göndərilib. “Bu yardım Rusiyanın artan təcavüzü fonunda ABŞ-ın Ukraynanın müdafiə qabiliyyətini gücləndirməsinə sədaqətli qaldığını nümayiş etdirir”, səfirlikdən vurğulanıb.

Read More »