Bazar ertəsi , 12 Yanvar 2026

Digər ölkələr

ABŞ vətəndaşlarına İranla bağlı ÇAĞIRIŞ ETDİ

ABŞ Dövlət Departamenti vətəndaşlarına rəsmi xəbərdarlıq edərək, onları İrana səyahət etməkdən çəkinməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə mesaj departamentin “X” sosial şəbəkəsindəki səhifəsində dərc edilib. Bildirişdə qeyd olunur ki, ABŞ-ın Tehranda səfirliyi yoxdur və vətəndaşlarının İranda olması terrorizm, kütləvi iğtişaşlar, adam oğurluğu və əsassız həbs də daxil olmaqla ciddi risklərlə əlaqələndirilir. Dövlət Departamentinin açıqlamasında deyilir: “Təhlükəsizliyiniz üçün heç bir …

Read More »

Türkiyə Ukraynaya qoşun göndərmək üçün şərtini AÇIQLADI

Ötən ayın sonlarından etibarən İranda baş qaldıran etiraz aksiyaları artan templə davam etməkdədir. Bu günlər ərzində bir çox məsələlər gündəmi zəbt etdi. Aksiyaların əsas nəticəsi kimi, 1979-cu ildə tarixin arxivinə göndərilən Şah rejiminin geri qaytarıla biləcəyi ehtimalı daha çox irəli sürülür. Son gələn məlumatlara əsasən deyə bilərik ki, sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu, hazırda Amerikada yaşayan Rza Pəhləvi …

Read More »

Suriya ordusu “SDQ”yə qarşı hərbi əməliyyata başlayıb

Suriya ordusu Hələbdə Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı hərbi əməliyyata başlayıb. Bu barədə Boyukmillet.com SANA-ya istinadən xəbər verir. Məlumatlara görə, Hələbin Şeyx Maqsud, Əşrəfiyyə və Bəni Zeyd rayonlarında komendant saatı tətbiq edilib. Mülki əhaliyə SDQ-nın bütün mövqelərindən uzaq durmağa çağırış edilib, bu mövqelər ordunun leqitim hədəfləri elan edilib. Xatırladaq ki, Suriyanın paytaxtında vəziyyət yanvarın 6-da “SDQ”nin pilotsuz uçuş aparatları ilə hökumət …

Read More »

İsrail ərazisinə Qəzzadan raket atılıb

İsrail Müdafiə Ordusu (IDF) Qəzza şəhəri ərazisindən İsrail ərazisinə doğru uğursuz raket atışı qeydə alıb. Bu barədə Boyukmillet.com “The Times of Israel”ə istinadən məlumat verir. Hərbçilərin məlumatına görə, mərmi Qəzza zolağındakı İsrail postları yaxınlığında yerləşən xəstəxananın yaxınlığına düşüb. Ölən və ya yaralananlar barədə məlumat yoxdur. İsrail Müdafiə Ordusu Qəzza zolağındakı raket buraxılış meydançasına məqsədyönlü zərbə endirdiyini bildirib. IDF qeyd edib ki, Qəzzadakı …

Read More »

Ərdoğan Maduronun istefa verib Türkiyəyə gəlməsi ilə bağlı təklif iddialarını təkzib edib

Prezident Rəcəb Tayyib Ərdoğan Venesuelanın prezidenti Nikolas Maduronun istefa verib Türkiyəyə gəlməsi təklifi ilə bağlı iddiaları təkzib edib. Boyukmillet.com “Milliyyet”ə istinadən xəbər verir ki, Türkiyə lideri partiyasının bugünkü iclasından sonra bu mövzu ətrafında jurnalistin müvafiq sualını cavablandırıb. R.T. Ərdoğan “Maduroya Türkiyəyə getməsi təklif edilib” iddiası ilə bağlı suala “Bizə belə bir məlumat daxil olmayıb” cavabını verib. Xatırladaq ki, ABŞ rəsmiləri …

Read More »

ABŞ Rusiya bayrağı altında üzən neft tankerinə nəzarəti ələ keçirib

Birləşmiş Ştatlar Böyük Britaniya yaxınlığında Atlantik okeanında Rusiya bayrağı altında hərəkət edən “Marinera” neft tankerinə nəzarəti ələ keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə NBC mənbələrə istinadən məlumat yayıb. “Gəmi nəzarətə götürülüb və əməliyyata Daxili Təhlükəsizlik Nazirliyi rəhbərlik edir”, – nəşr qeyd edir. Adını “Bella 1″dən “Marinera”ya dəyişən gəmi keçən ay Venesuela sahilləri yaxınlığında ABŞ Sahil Mühafizəsinin təqibinə məruz qalmışdı. Əməliyyat …

Read More »

Ramzan Kadırov ən gənc oğlunu Baş nazirin müavini təyin edib

Çeçenistan rəhbəri Ramzan Kadırov 20 yaşlı oğlu Əhmət Kadırovu Çeçenistan Baş nazirinin müavini təyin edib. O, eyni zamanda fiziki tərbiyə və idman naziri vəzifəsini də özündə saxlayır. OC Media yazır ki, Kadırov bu barədə “Telegram” kanalında məlumat verərək baş verənləri “kiçik kadr dəyişiklikləri” kimi xarakterizə edib. Onun sözlərinə görə, təyinatlar Çeçenistanın Baş naziri Məhəmməd Daudovun tövsiyəsi əsasında həyata keçirilib. Eyni zamanda Milli Siyasət, Xarici …

Read More »

Yaşar Gülər PKK, PYD, YPG və SDQ-dən silahı yerə qoymağı tələb edib

PKK və onunla əlaqəli bütün qruplar ləğv qərarı çərçivəsində Suriya daxil olmaqla, olduqları bütün bölgələrdə dərhal bütün terror fəaliyyətlərinə son qoymalı və şərtsiz olaraq silahlarını təslim etməlidirlər. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirlkdə təşkil edilən “Medal Təqdimetmə, Uğurlu Birlik və Personalın Mükafatlandırılması Mərasimi”ndə bildirib. Onun sözlərinə görə, başda PKK, PYD, YPG və “Suriya Demokratik …

Read More »

İranda ŞOK OLAY: Təhlükəsizlik qüvvələri yaralı etirazçıların olduğu xəstəxanaya BAŞQIN ETDİ

2026-cı il yanvarın 4-ü axşam saatlarında İranın İlam şəhərində İmam Xomeyni adına xəstəxanada insident baş verib. Boyukmillet.com xəbər verir ki, məlumata görə, küçə qarşıdurmaları zamanı yaralanan etirazçılar tibbi yardım almaq üçün xəstəxanaya gətirilib. Bundan sonra təhlükəsizlik qüvvələri tibb müəssisəsinə daxil olub. Bildirilir ki, silahlı qüvvələr yaralıların saxlanılması məqsədilə xəstəxananın şöbələrinə zorla girib, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə ediblər. Hadisədən sonra ABŞ …

Read More »

SON DƏQİQƏ: BMT-nin baş katibi ABŞ-ni ittiham etdi

BMT-nin baş katibi Antonio Quterreş Amerika Birləşmiş Ştatlarını Venesuelada həyata keçirdiyi əməliyyat zamanı beynəlxalq hüquq normalarına əməl etməməkdə ittiham edib. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, Quterreş Venesuelanın gələcəyinin hələ də qeyri-müəyyən olaraq qaldığını və bu vəziyyətin ciddi narahatlıq doğurduğunu vurğulayıb. Quterreş onu da diqqətə çatdırıb ki, mövcud vəziyyət fonunda BMT Venesueladakı bütün siyasi qüvvələri ölkənin gələcəyinin müəyyənləşdirilməsi üçün …

Read More »