Çərşənbə , 30 Oktyabr 2024

Digər ölkələr

Türkiyə Prezidenti: “Taliban” bizə aeroportun fəaliyyətini təmin etməyi təklif edib”

“Bizim kiminlə harada, nə zaman, necə görüşmək barədə icazə alacaq lüksumuz yoxdur”. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən əvvəl Atatürk Hava Limanındakı çıxışı zamanı deyib. “Əfqanıstan xalqının sülh və dincliyi üçün 20 ildir töhfələr veririk. Əfqanıstanda prioritet vətəndaşlarımızın təxliyəsidir. Bütün qurumlarımız bu prosesi yaxından izləyir. Təxliyələri ən qısa və sürətli şəkildə tamamlayacağıq”, …

Read More »

Kabildə partlayışda həlak olanların sayı 90-a çatıb

Kabil hava limanı yaxınlığındakı partlayışlar nəticəsində ölənlərin sayı 90-a yüksəlib. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb. Kabil hava limanı yaxınlığındakı partlayışlar nəticəsində 60-dan çox insan ölüb, 150 nəfər yaralanıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyindəki mənbə məlumat verib. Yayılan məlumatlara görə, qurbanların arasında həm Əfqanıstan, həm də …

Read More »

Kiprin yunan idarəçilərindən qeyri-insanı qərar: Türklərin pasportlarını ləğv etdilər – Quzey Kıbrıs Türk Cümhuriyyətindən ETİRAZ

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezident Adminstarsiyası Kiprin yunan tərəfinin bəzi Kipr türklərinin pasportlarını ləğv etmək qərarına etirazını bildirib. Boyukmillet.ckm xəbər verir ki, bununla bağlı Quzey Kibrıs Türk Cümhuriyyətinin Prezident Adminstarsiyası yazılı açıqlama yayıb. Açıqlamada Kipr Cümhuriyyətinin tamamilə bir yunan dövlətinə çevrildiyini və Kıbrıs Türk tərəfinin qanuni hüquqlarına heç bir şəkildə hörmət edilmədiyini göstərən yeni bir sübut olduğuna diqqət çəkilib. Prezident …

Read More »

Taliban Türkiyədən yardım istədi

Taliban -ın Qətər Siyasi Bürosunun sözçüsü Məhəmməd Naim Vardak, Türkiyə başda olmaqla bütün ölkələrdən Əfqanıstan xalqına və Əfqanıstana kömək istədiklərini söyləyib. “Türkiyə əhəmiyyətli bir ölkədir, türk xalqı müsəlman və qardaş xalqdır. Türkiyə ilə tarixi, sosial və mədəni əlaqələrimiz var”, – deyə münasibətləri yaxşılaşdırmaq istədiklərini və Talibanla Türkiyə arasında əlaqə qurduqlarını söyləyib. Boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, Talibanın Türkiyənin …

Read More »

Əfqanıstanın vitse -prezidenti: ““Taliban uşaqları və qocaları oğurlayır”

Əfqanıstanın şimalındakı Bağlan əyalətinin Andarab bölgəsindəki humanitar vəziyyət radikal “Taliban” hərəkatının silahlılarının yanacaq və ərzaq tədarükünə maneə törətməsi, həmçinin yerli sakinləri oğurlaması səbəbindən son dərəcə ağır olaraq qalır. Boyukmillet.com  “TASS”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın vitse -prezidenti Əmrullah Saleh tvitterdəki şəxsi hesabında məlumat verib. Onun sözlərinə görə, “Taliban” qida və yanacağın Andarab vadisinə aparılmasına icazə vermir: “Humanitar vəziyyət …

Read More »

BMT daha 120 əməkdaşını Əfqanıstandan təxliyə edib

BMT daha 120 əməkdaşını və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Əfqanıstandan Qazaxıstana təxliyə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrikin açıqlamasında deyilir. “BMT avqustun 22-də Əfqanıstanda 120 nəfəri Əfqanıstanın paytaxtı Kabildən çıxararaq Alma-Ataya aparıb, bu son həftə ərzində ikinci belə aviareysdir. Sərnişinlər arasında BMT əməkdaşları və Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı müttəfiqi olan bir neçə …

Read More »

Çexiya prezidenti: “NATO Əfqanıstanı Tramp və Baydenə görə tərk edib”

NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasında ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Ağ Evin hazırkı sahibi Cozef Bayden məsuliyyət daşıyır. Boyukmillet.com xəbər verir ki, bunu Çexiya prezidenti Miloş Zeman “Blesk” qəzetinin şəbəkə telekanalına müsahibəsində bildirib. “Qoşunların Əfqanıstandan çıxarılmasının əsas səbəbi bu, iki prezident olub”, – Zeman deyib. Onun sözlərinə görə, Tramp və Bayden Əfqanıstanda hərbi mövcudluğunu saxlamaqda cəsarət göstərməyib. Zemanın fikrincə, NATO “ABŞ …

Read More »

Kabildəki Azərbaycan sülhməramlıları: “Hər şey yaxşıdır”

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal “Taliban” hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında “bir millət, iki dövlət” şüarı ilə çiyin-çiyinə xidmət edir. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hava limanının təhlükəsizliyi için 24 saat növbə çəkən Azərbaycan əsgərləri Türkiyənin təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə birlikdə həm də ehtiyacı olan insanlara yardım edir. Agentliyə danışan …

Read More »

“Taliban”: “Əfqanıstanın keçmiş xarici işlər naziri ölkəyə qayıdacaq”

Keçmiş Əfqanıstan hökumətinin xarici işlər naziri Məhəmməd Hənif Atmar ölkəyə qayıdacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı “Taliban” nümayəndəsinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, hərəkatın nümayəndələri keçmiş xarici işlər naziri Hanif Atmarla əlaqə saxlayıb və o, Əfqanıstana qayıdacaq. Qeyd edək ki, Hənif Atmar 2020-ci ilin aprelin 4-dən Əfqanıstanın xarici işləri naziri olub və bu ilin avqustun 15-də …

Read More »

ABŞ-da daşqınlar nəticəsində 10 nəfər ölüb, 31 nəfər itkin düşüb

ABŞ-ın Tennesi ştatında aramsız yağan güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 10 nəfər həlak olub, daha 31 nəfər itkin düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Hamfris dairəsinin polis şerifi Kris Devis “CNN”ə açqılamasında deyib. Onun sözlərinə görə, hazırda axtarışlar davam edir və qohumlarını, yaxınlarını itirən şəxslərə bağlı xüsusi mərkəz yaradılıb. Ştatın Fövqəladə Hallar İdarəsi daşqın səbəbiylə üçüncü təhlükə …

Read More »