Bazar ertəsi , 12 Yanvar 2026

Digər ölkələr

Rusiyada deputatlar miqrant uşaqların ölkəyə girişinin məhdudlaşdırılmasını təklif ediblər

Rusiya Dövlət Dumasına azyaşlı əcnəbilərin qanuni nümayəndələri olmadan ölkəyə daxil olmasını qadağan edən qanun layihəsi təqdim olunub. Boyukmillet.com xəbər verir ki, müəllifi deputatlar Nina Ostanina və parlamentin əmək komitəsinin rəhbəri Yaroslav Nilov olan müvafiq sənəd Dumanın elektron məlumat bazasında yerləşdirilib. Onlar yetkinlik yaşına çatmayan xarici vətəndaşların Rusiyaya yalnız qanuni nümayəndələrin və ya notarial qaydada təsdiq edilmiş etibarnaməsi olan digər yetkin …

Read More »

ABŞ-nin Avropa ölkələrinə satdığı silah Ukraynaya 10% baha qiymətə satılır

ABŞ-nin Avropa ölkələrinə satdığı silah Ukraynaya 10% baha qiymətə satılır. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “Fox News” telekanalına müsahibəsində danışıb. “Düşünürəm ki, prezident Donald Tramp hazırda çox ayıqdır. Biz silahları avropalılara satırıq, onlar da onları ukraynalılara satırlar və prezident Tramp silahlara 10% əlavə edir, ona görə də ola bilsin ki, 10% hava mühafizəsi xərclərini …

Read More »

Tramp Putin-Zelenski görüşünün hazırlanma mərhələsində olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüşün hazırlanma mərhələsində olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, o, amerikalı jurnalist Mark Levinə müsahibəsində müvafiq bəyanatla çıxış edib. “Prezident Putinlə çox uğurlu görüş keçirdim. Prezident Zelenski ilə çox uğurlu görüşüm olub. Düşünürəm ki, vəziyyəti anlamaq üçün mənsiz görüşsələr daha yaxşı olar. Bundan nə çıxacağını …

Read More »

ABŞ prezidenti dünyada müharibələrə son qoymağa çalışdığını bildirib

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, müharibələrə son qoymaq və Ukraynadakı münaqişənin həllinə nail olmaq istəyir. Boyukmillet.com-un xəbərinə görə, o, bunu amerikalı jurnalist Mark Levinə müsahibəsində deyib. “Bunu etməyi xoşlayıram. Mən müharibələri dayandırmağı xoşlayıram”, – Ağ Evin rəhbəri bildirib. Ukraynadakı münaqişədən danışan Tramp vurğulayıb: “Aramızda bir okean var. Biz bu işə bu qədər qarışmalı deyildik. Müharibəni dayandıra bilsək, bu, …

Read More »

ABŞ Venesuelaya xəbərdarlıq edib

ABŞ prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, onun administrasiyası Venesueladan narkotik qaçaqmalçılığını dayandırmaq üçün bütün lazımi vasitələrdən istifadə etmək niyyətindədir. Boyukmillet.com-un xəbərinə görə, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib. “Venesuelaya gəlincə, prezident Tramp çox aydın və ardıcıl danışıb. O, ölkəmizə narkotik axınının qarşısını almaq və günahkarları məsuliyyətə cəlb etmək üçün ABŞ-ın ixtiyarında …

Read More »

Niderland Misirdən üzr istəyib

Niderland Haaqdakı səfirliyə hücum hadisəsinə görə Misirdən üzr istəyib. Boyukmillet.com Misir XİN-ə istinadən xəbər verir ki, Niderland XİN başçısı Kaspar Veldkamp misirli həmkarı Bədr Abdel-Ati ilə telefon danışığı zamanı üzr istəyib.

Read More »

Zelenski: Rusiya ABŞ vasitəsilə Ukrayna ilə ikitərəfli görüş tələb edib

Rusiya ABŞ Prezidenti Donald Tramp vasitəsilə Ukrayna ilə ikitərəfli, sonra isə ABŞ ilə üçtərəfli görüş istəyib. Boyukmillet.com-un məlumatına görə, bunu Ukrayna lideri Volodimir Zelenski Ağ Evdə müzakirələrdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, Kiyev növbəti danışıqlar üçün şərt kimi atəşkəsdə israr etməyəcək. “ABŞ Rusiya tərəfi ilə əlaqə saxladı və onlar hansı diplomatik addımların atıla biləcəyini müzakirə etdilər. Rusiya …

Read More »

KİV: Ukrayna Rusiyaya ərazi güzəştlərinə dair heç bir sövdələşməni qəbul etməyəcək

Ukrayna Rusiyaya ərazi güzəştlərini ehtiva edən heç bir sövdələşməni qəbul etməyəcək və tam sülh sazişi üçün ilk addım kimi atəşkəsdə israrlıdır. Boyukmillet.com-un “Financial Times”a istinadən verdiyi xəbərə görə, bu barədə Kiyevin Ağ Evdə keçirilən görüşdə ABŞ Prezidentinə təkliflərinin yer aldığı sənəddə deyilir. Qeyd olunur ki, Ukrayna Rusiya ilə sülh razılaşmasından sonra ABŞ-nin təhlükəsizlik zəmanətini əldə etmək cəhdi ilə Avropa tərəfindən …

Read More »

KİV: Tramp Putinə zəng etmək üçün Avropa liderləri ilə görüşü dayandırıb

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə zəng etmək üçün Avropa liderləri ilə görüşü yarımçıq dayandırıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Almaniyanın “Вild” qəzeti yazıb. Məlumata görə, görüş zəngdən sonra davam edəcək.

Read More »

Tramp: Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Krımdan imtina etməklə və ölkənin NATO-ya daxil olmaq ideyasından əl çəkməklə Rusiya-Ukrayna münaqişəsini, demək olar ki, dərhal dayandıra bilər. Boyukmillet.com-un məlumatına görə, ABŞ lideri bu barədə “Truth Social”da yazıb. “Ukrayna Prezidenti Zelenski istəsə, Rusiya ilə müharibəyə, demək olar ki, dərhal son qoya bilər, ya da döyüşməyə davam edə bilər. …

Read More »