Cümə , 27 Dekabr 2024

Digər ölkələr

Polşa XİN ölkə vətəndaşlarını dərhal Suriyanı tərk etməyə çağırıb

Polşa Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını müxalif qüvvələrin hücumu ilə bağlı yaranmış vəziyyət fonunda Suriyanı dərhal tərk etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşa XİN-in “X” hesabında paylaşım edilib. “Qısa müddət ərzində Suriyanın bütün ərazisini bürümüş vəziyyətin sürətlə gərginləşməsi ilə əlaqədar bu ölkədə yaşayan bütün Polşa vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırırıq”, – məlumatda qeyd olunub.

Read More »

ABŞ Ukraynaya 1 milyard dollara yaxın hərbi yardım ayırıb

Pentaqon Ukraynaya 988 milyon dollar dəyərində daha bir hərbi yardım paketi təqdim edib. Boyukmillet.com xəbər verir ki, vəsait Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində ayrılıb. Yeni paketə HIMARS reaktiv yaylım atəş sistemləri, pilotsuz uçuş aparatları üçün döyüş sursatları, həmçinin artilleriya sistemlərinin, tankların və zirehli texnikanın texniki xidməti və modernləşdirilməsi üçün ehtiyat hissələri daxildir.

Read More »

Suriyanın Baş naziri Əsədin harada olduğunu bilmir

Suriyanın Baş naziri Məhəmməd Qazi Əl-Cəlali hökumətin Suriya döyüşçülərinin rəhbərləri ilə danışıqlar apardığını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bunu siyasətçi “Al Arabiya”ya deyib. O bildirib ki, Əsədlə son dəfə dekabrın 7-də axşam əlaqə saxlayıb. Hökumət ölkə prezidentinin harada olduğunu bilmir. Onun sözlərinə görə, Suriya nazirlərinin əksəriyyəti Dəməşqdə qalır. Baş nazir söyləyib ki, hökumət qüvvələrinə tabe olan respublikanın müdafiə nazirliyinin fəaliyyət göstərib-göstərmədiyini …

Read More »

Trampın komandası Kiyevin işğaldakı torpaqları qaytarmaq təklifinə mənfi cavab verib

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak ABŞ-dəki prezident seçkilərində qalib gələn Donald Trampın komandasına ölkə sərhədlərini 2022-ci ildəki vəziyyətə qaytaranadək müharibəni davam etdirməyi təklif edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. O, həmçinin ölkəsinin NATO-ya daxil olmasının təmin edilməsini təklifi ilə çıxış edib. A.Yermakın təklifləri “soyuq” və mənfi qarşılanıb. Bundan başqa, ABŞ cəbhədəki vəziyyətlə bağlı verilən …

Read More »

Makron hökumətin istefasından sonra xalqa müraciət edib

O, yaxın günlərdə yeni Baş nazirin təyin olunacağını deyib Dekabrın 5-də Fransa Prezidenti Emmanuel Makron xalqa müraciət edib. O bildirib ki, parlamentin Mişel Barnier hökumətinə etimadsızlığından sonra yaxın günlərdə yeni Baş nazir təyin ediləcək. “Le Figaro” qəzetinin yazdığına görə, Makron Fransa hökumətinin başçısı kimi fəaliyyətinə görə Barnierə təşəkkür edib, amma onu ifrat sağ və ifrat solçuları “respublika əleyhinə cəbhədə” birləşməkdə …

Read More »

Əsədə qarşı döyüşən islamçı qruplaşmaların Həma şəhərinə daxil olduğu bildirilir

Məlumatı yaraqlıların komandiri Həsən Əbdül Qani yayıb Suriyanın şimalında ölkə Prezidenti Bəşər Əsədin qoşunlarına qarşı hücuma rəhbərlik edən islamçı qruplaşmalar dekabrın 5-də Həma şəhərinə (əhalinin sayına görə Suriyanın beşinci şəhəri) daxil olublar. “Reuters” bu barədə suriyalı yaraqlıların komandiri Həsən Əbdül Qaninin bəyanatına istinadən yazıb. Onun sözlərinə görə, döyüşçülər hazırda bir neçə marşrut üzrə şəhər mərkəzinə doğru irəliləyirlər. Böyük Britaniyada yerləşən Suriya …

Read More »

“Amnesty” İsraili fələstinlilərə qarşı soyqırımında ittiham edir

“İsrailin həyasızcasına və tam cəzasız olaraq dağıntılar törətdiyinə dair kifayət qədər sübutlar var” Beynəlxalq insan haqları təşkilatı “Amnesty International” İsraili Qəzza zolağında Fələstin xalqına qarşı qəsdən və nümayişkaranə şəkildə soyqırımında ittiham edib. Təşkilat bununla bağlı bəyanat yayıb. ““Amnesty International” İsrailin Qəzza zolağında fələstinlilərə qarşı soyqırımı törətdiyini və davam etdirdiyini araşdırıb, həmçinin davamlı, həyasızcasına, amansızcasına və tam cəzasız olaraq dağıntılar törətdiyinə dair …

Read More »

Trampın Ukrayna ilə bağlı 3 planı var

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna ilə bağlı 3 müxtəlif variantı gözdən keçirir. Boyukmillet.com xəbər verir ki, onlardan birini ölkənin gələcək vitse-prezidenti Ceyms Devid Vens hazırlayıb. Məlumata görə, Tramp Vensin planından əlavə, köməkçisi və Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə olaraq müəyyən etdiyi Keyt Kelloqun, eləcə də Milli Kəşfiyyatın keçmiş direktoru Riçard Qrenellin təkliflərini gözdən keçirir. Vens və Qrenellin layihələrinin …

Read More »

Cənubi Koreyada müxalifət Prezidentin impiçmentini tələb edir

191 deputat müxalifətin təklifini dəstəkləyib Cənubi Koreya müxalifəti dekabrın 4-dən Prezident Yun Sok Yolun impiçmenti prosesinin başlandığını elan edib. İmpiçment təklifi altı müxalifət partiyasından olan 191 deputat tərəfindən bəyənilib. Hakim Xalq Gücü Partiyasının deputatları müzakirəyə qatılmayıb. İmpiçment qanun layihəsinin dekabrın 5-də plenar iclasa təqdim ediləcəyi, səsvermənin isə dekabrın 6 və ya 7-də keçiriləcəyi gözlənilir. Cənubi Koreya müxalifəti dekabrın 3-də Prezident Yun …

Read More »

Gürcüstanın Müdafiə Nazirliyi ilə XİN əməkdaşları hökumətə qarşı çıxır, Azərbaycan təbrik edir

Baş naziri təbrik mesajı göndərib Gürcüstan Müdafiə Nazirliyinin onlarla əməkdaşı Avropa İttifaqı və NATO-ya daxil olma kursuna sadiq olduğunu bildirərək, bunu ölkənin təhlükəsizliyi üçün alternativsiz adlandırıblar. “Turan”ın məlumatına görə, onlar hökumətin Avropa İttifaqına daxil olmaq üzrə danışıqları dondurmaq qərarı fonunda birgə bəyanat yayıblar. “Avropa və Avroatlantik inteqrasiya ölkənin təhlükəsizliyini və suverenliyini daha da gücləndirmək üçün alternativsiz yoldur, həm Gürcüstan Konstitusiyası, …

Read More »