Şənbə , 28 Dekabr 2024

Digər ölkələr

Polşanın baş naziri miqrantlara qarşı – “İkinci Lampeduza faciəsi istəmirik”

Polşanın baş naziri Mateuş Moravetski Avropa İttifaqının İspaniyanın Qranada şəhərində keçiriləcək qeyri-rəsmi sammitində Avropaya gələn qeyri-qanuni miqrantların icma ölkələri arasında yerləşdirilməsi ilə bağlı istənilən qərarına veto qoyacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşa hökumətinin başçısı Polşa televiziyası tərəfindən yayımlanan müraciətində bildirib. “Polşa Aİ sammitinə təkcə qeyri-qanuni mühacirlər üçün hansısa kvotaların tətbiqinə qəti şəkildə “yox” demək üçün getmir. Mən Qranadaya …

Read More »

Aİ: “ABŞ Ukraynaya yardımı dayandırarsa, onu əvəzləyə bilmərik”

“ABŞ Ukraynaya yardımı dayandırarsa, Avropa İttifaqı bunu kompensasiya etmək iqtidarında deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Avropa ABŞ-ı əvəz edə bilməz: “Əlbəttə, biz daha çox şey edə bilərik, lakin ABŞ Ukraynaya kömək etmək üçün əvəzsizdir”. J.Borel Vaşinqtonu Ukraynaya dəstəyi davam etdirməyə çağırıb. …

Read More »

BMT Baş katibinin sözçüsü ermənipərəst jurnalisti susdurub

Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin sözçüsü Stefan Dujarrik BMT-nin müstəqil jurnalisti (“freelance”-red) Evelin Leopoldun beynəlxalq təşkilatın missiyasının Qarabağı ziyarətinə dair yayımladığı hesabatı ilə bağlı ironiyalı və təxribat xarakterli sualını cavablandıraraq jurnalisti susdurub. Boyukmillet.com xəbər verir ki, jurnalist sözçüyə erməniləri müdafiə edən sual verib və BMT-nin Azərbaycanın əleyhinə açıqlama verməməsinin səbəbini soruşub. S.Dujarrik isə cavabında BMT-nin hesabatının faktlara əsaslandığını deyib: …

Read More »

Nigerin baş naziri: “Fransa hakimiyyət nümayəndələrimizə qəsd planları hazırlayıb”

Nigerin üsyançılar tərəfindən təyin edilmiş keçid hökumətinin başçısı Əli Lamin Zeyn Fransanı Afrika ölkəsinin yeni hakimiyyətinin tanınmış nümayəndələrini öldürmək planı hazırlamaqda ittiham edib. “Fransa digər düşmənlərimizlə birlikdə ölkənin tanınmış nazirlərini və rəhbər nümayəndələrini öldürmək planı hazırlayıb. Fransa Nigerdə ​​vəziyyəti sabitləşdirmək üçün öz alətlərindən istifadə edir”, – telekanal baş nazirin sözlərini sitat gətirib. Xatırladaq ki, iyulun 26-da Nigerdə ​​prezident qvardiyasının bir …

Read More »

Sinqapurda 2 milyard dollardan artıq aktivlər müsadirə olunub

Sinqapurun hüquq-mühafizə orqanları ölkədə çirkli pulların yuyulmasına qarşı əməliyyat çərçivəsində 2,8 milyard dollar (2 milyard ABŞ dolları) dəyərində aktivləri müsadirə edib və dondurub. Boyukmillet.com xəbər verir ki, bu barədə Sinqapurun daxili işlər və ədliyyə naziri Jozefina Teo bildirib. Onun sözlərinə görə, istintaq davam edir. Bundan əvvəl, sentyabrda 1,8 milyard dollarlıq aktivlər dondurulub və ardınca çirkli pulların yuyulması, dələduzluq və sənədlərin …

Read More »

ABŞ Konqresinin Nümayəndələr Palatası spiker Kevin Makkartini vəzifəsindən azad edib

ABŞ Konqresinin Nümayəndələr Palatası Kevin Makkartinin spiker vəzifəsindən azad edilməsinə səs verib. Boyukmillet.com xəbər verir ki, bu, canlı yayımlanan səsvermə zamanı məlum olub. Məlumata görə, qərarın lehinə 216 nəfər səs verib, 210 nəfər bunun əleyhinə çıxıb. Qeyd edək ki, Makkartinin tutduğu vəzifədən azad edilməsi təklifini Respublikaçılar Partiyasının nümayəndəsi Mett Qaetz irəli sürüb. Səbəb Amerika hökumətini maliyyələşdirmək üçün qanunvericiliyin qəbulunun ləngi …

Read More »

Çexiya Prezidenti Avropa İttifaqının genişlənməsinə çağırıb

Çexiya Prezidenti Peter Pavel təhlükəsizliyi gücləndirmək məqsədilə Avropa İttifaqının (Aİ) genişlənməsinə çağırıb. Boyukmillet.com xəbər verir ki, o, bunu Brüggedəki Avropa Kollecində yeni tədris ilinin açılışında çıxışı zamanı deyib. “Yeni geosiyasi imperativ Avropa İttifaqının genişlənməsi üçün yeni dinamika tələb edir. Biz uzun müddətdir ki, bəzi Avropa ölkələrini geosiyasi manipulyasiyaların rəhminə buraxmışıq”, – Çexiya Prezidenti bildirib. Pavel qeyd edib ki, Qərbi Balkan …

Read More »

Almaniyanın müdafiə naziri Rusiya ilə danışıqlar təklifinə maraqlı reaksiya verib

Almaniyanın müdafiə naziri Boris Pistorius vətəndaşlar qarşısında keçirdiyi mətbuat konfransında Rusiya ilə danışıqlar təklifinə maraqlı reaksiya verib. Boyukmillet.com xəbər verir ki, dinləyicilərdən biri kansler Olaf Şoltsun Ukraynadakı münaqişə ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə niyə danışıqlar aparmadığını soruşub. “Bağışlayın, sizin hüququnuz yoxdur! İfadə azadlığı fikrini azad ifadə etmək deməkdir, buna görə alqış almaq hüququ deyil”, – nazir deyib. Daha əvvəl …

Read More »

Dağıstanda şəhər meri saxlanıldı

Dağıstanda Qızılyurd şəhərinin meri Maqomed Maqomedov saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS şəhər meriyasına istinadla məlumat yayıb. “Qızılyurdun başçısı Maqomed Maqomedov saxlanılıb. Hazırda şəhər administrasiyasında istintaq hərəkətləri aparılır”, – məlumatda qeyd olunub. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Read More »