Bazar ertəsi , 12 Yanvar 2026

Digər ölkələr

Somalidə terrorçular BMT helikopterinin ekipajını əsir götürüb

Somalidə “Əş-Şəbab” radikal qruplaşmasının yaraqlıları təcili eniş edən BMT helikopterinin ekipajını əsir götürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Moqadişudakı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, helikopter mərkəzi Qalqudud bölgəsindəki Visil şəhərinə gedərkən təcili eniş etmək məcburiyyətində qalıb. Bu zaman terrorçular helikopteri yandırıb və naməlum sayda ekipaj üzvünü əsir götürüb. BMT məlumatı hələlik şərh etməyib. “Garowe” …

Read More »

İraq Prezidenti: Amerika koalisiyasının ölkəmizdəki fəaliyyəti tənzimlənməlidir

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraqdakı fəaliyyəti aydın şəkildə tənzimlənməlidir ki, o, öz işini davam etdirə bilsin. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İraq Prezidenti Əbdüllətif Camal Rəşid ABŞ-nin Bağdaddakı səfiri Alina Romanovski ilə görüşündə deyib. Onun sözlərinə görə, koalisiya qüvvələri yalnız İraqın təhlükəsizlik qüvvələrinə kömək üçün hərəkət etməlidir. İraqın dövlət başçısı, həmçinin koalisiya qüvvələrinin fəaliyyətini müəyyən şəkildə …

Read More »

Kim Çen In KXDR-in qatı düşməni olan dövlətin adını açıqlayıb

KXDR lideri Kim Çen In bildirib ki, Koreya Respublikası Pxenyanın nöqteyi-nəzərindən ən düşmən dövlətə çevrilib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi xəbər verib. Məlumata görə, o, bunu müdafiə sənayesi müəssisələrinə səfəri zamanı bildirib. “Kim Çen In qeyd edib ki, indi Koreya Respublikasını KXDR üçün ən düşmən dövlət kimi səciyyələndirməyin vaxtı çatıb”, – xəbərdə vurğulanır. Şimali Koreya liderinin …

Read More »

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq güclənir

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq güclənir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, tərəflər ikinci dəfə üçtərəfli toplantı keçirib. İclasda müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və ümumi hədəflər uğrunda addımlar atılması barədə qərar qəbul olunub. Üçüncü iclasın bu ilin fevral ayında Ər-Riyadda keçirilməsinə dair razılıq əldə olunub. Qeyd edək ki, ilk üçtərəfli …

Read More »

Antoni Blinken: “Türkiyə və ərəb ölkələri Qəzzanın bərpası üzərində işləməyə hazırdır”

Dörd ərəb ölkəsi və Türkiyə ABŞ-ni İsraillə HƏMAS arasında münaqişə başa çatdıqdan sonra Qəzza zolağının bərpası və anklavın idarə olunmasının planlaşdırılmasında əməkdaşlığa hazır olduqlarına inandırıblar. Boyukmillet.com xəbər verir ki, bunu Yaxın Şərq ölkələrində səfərdə olan ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib. “Associated Press”in məlumatına görə, dövlət katibi jurnalistlərə bildirib ki, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə Qəzzanın …

Read More »

İsveç Ukrayna, Moldova və Gürcüstana 6 milyon dollara yaxın hərbi yardım edəcək

İsveç hökuməti Ukraynaya 50 milyon kron (4,86 milyon dollar), Moldova və Gürcüstana isə hər birinə 5 milyon kron (0,49 milyon dollar) məbləğində hərbi yardım göstərəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Yardım müxtəlif NATO fondları vasitəsilə təmin edilir. Bu vəsait minalardan təmizləmə, böhranların idarə edilməsi, kibertəhlükəsizlik, təhsil və digər məsələlər üçün istifadə olunacaq”, – məlumatda qeyd edilib.

Read More »

İsrail ordusu Hizbullahın mövqelərinə zərbələr endirib

İsrail ordusu Hizbullah qruplaşmasının Livanın cənubundakı obyektlərinə zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib. Məlumata görə, Hizbullahın bir neçə obyekti vurulub. Hücumun nəticələri məlum deyil.

Read More »

Fransa XİN başçısı iranlı həmkarı ilə danışıb, Tehrana xəbərdarlıq edib

Fransa xarici işlər naziri Ketrin Kolonna ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, nazirlər regional məsələləri müzakirə ediblər. K.Kolonna bildirib ki, regional münaqişə riski heç vaxt bu qədər yüksək olmayıb. O, İranı sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırıb və deyib ki, eskalasiyanın kimsəyə faydası yoxdur.

Read More »

İsrail-Fələstin sərhədində avtomobil partladılıb, ölən və yaralananlar var

Fələstinin Cenin şəhərində İsrail qüvvələrinin keçirdiyi əməliyyat zamanı bir israilli polis ölüb, üçü yaralanıb. Boyukmillet.com xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusu yayıb. Bildirilib ki, Cenində “Jeep” markalı avtomobilin partladılması nəticəsində sərhəd polisinin 4 döyüşçüsü yaralanıb. Onlardan biri – 19 yaşlı sərhəd polisi çavuş Şay Qarmai ölüb, ikisi ağır, biri isə orta dərəcədə yaralanıb. Məlumata görə, yaralılar hospitala yerləşdirilib. İnformasiyaya …

Read More »

Cənubi Koreyada etirazçılar Prezidentin ofisinə daxil olmağa cəhd göstərib

Cənubi Koreyada radikal solçu tələbə qrupunun 20 üzvü ölkə Prezidenti Yun Sok Yolun ofisinə soxulmağa cəhd etdikləri üçün polis tərəfindən saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Onlar Prezidentin istefasını və dövlət başçısının həyat yoldaşı Kim Qon Hinin iddia edilən maliyyə fırıldaqları ilə bağlı xüsusi araşdırma aparılmasını tələb edərək prezidentin ofisinin qarşısına toplaşıblar. Aksiya rəsmi qurumlarla əvvəlcədən …

Read More »