Çərşənbə , 10 Dekabr 2025

Digər ölkələr

Kadırovun oğlu Quranı yandıran şəxsi döydü

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov Rusiyada Quranı yandırmaqda şübhəli bilinən və hazırda Qroznıdakı istintaq təcridxanasında saxlanılan Nikita Juraveli döyüb. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov deyib. “O, əsl vətənpərvərlik nümunəsi göstərdi və dinimizi və müqəddəslərimizi qorumağa çalışdı. Adam Kadırov onu sağ buraxmaqla humanistlik göstərib”, – Delimxanov bildirib.

Read More »

Türkiyə Ukrayna üçün yeni hərbi gəmi inşa edir

Türkiyə Ukrayna Hərbi Dəniz Qüvvələri üçün “Ada” tipli korvet inşa edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrindən məlumat verilib. Məlumata görə, gəminin inşası İstanbuldakı tərsanələrdən birində aparılır. Bildirilib ki, bu, Türkiyənin Ukrayna Hərbi Dəniz Qüvvələri üçün inşa etdiyi ikinci korvetdir.

Read More »

Ukrayna ordusu PUA-larla Belqoroda hücum edib

Ukrayna ordusu son sutkada pilotsuz uçuş aparatları (PUA) və atıcı silahlarla Rusiyanın Belqorod vilayətinə hücum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov bildirib. O qeyd edib ki, hücum nəticəsində mülki infrastruktura zərər dəyib. Həmçinin, Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz da vilayətə hücum edildiyini bəyan edib. Onun sözlərinə görə, 3 evə ziyan dəyib, xəsarət alan olmayıb.

Read More »

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı hərbçisi həlak olub

Ukrayna Silahlı Qüvvələrinin cənub birləşmələrinin azərbaycanlı hərbçisi Əliyev Rafiq Hacıqulu oğlu Zaporojye istiqamətində həlak olub. Boyukmillet.com xəbər verir ki, əslən Azərbaycanın Astara rayonunun Pensər kəndindən olan 1981-ci il təvəllüdlü Ukrayna vətəndaşı R.Əliyev bir müddət əvvəl itkin düşüb. Bu yaxınlarda isə onun meyiti tapılıb. Hazırda onun nəşi cənub istiqamətində morqların birindədir. R.Əliyev müharibəyə qədər Ukraynada Luqansk vilayətinin sakini olub.

Read More »

Ukrayna XİN: “NATO baş katibi təsdiqləyir ki, bizim ərazilərimiz ticarət mövzusu ola bilməz”

“NATO Baş katibi Yens Stoltenberqin Ukrayna ilə bağlı konkret mövqeyi var. O, təsdiqləyir ki, bizim ərazilərimiz alver mövzusu ola bilməz”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba “1+1 ilə səhər yeməyi” verilişində deyib. D. Kuleba qeyd edib ki, Ukrayna NATO-ya üzv olmaq üçün öz ərazilərindən imtina etməyəcək: “NATO rəsmisi Stian Yensenin və baş katib Stoltenberq fərqli insanlardır. …

Read More »

Hindistanda leysan nəticəsində ölənlərin sayı 81-ə çatıb

Hindistanın şimalında leysanın səbəb olduğu dağıntılar nəticəsində ən azı 81 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb. Qeyd edək ki, Hindistanın şimalındakı Himçal-Pradeş və Uttarxand ştatları avqustun 13-ü və 14-də güclü yağışlara məruz qalıb. Güclü yağış torpaq sürüşməsinə və evlərin dağılmasına səbəb olub. Meteoroloqlar iyuldakı yağıntıların miqdarının son 50 ildə region üçün rekord olduğunu …

Read More »

Tramp ona qarşı irəli sürülən ittihamları uydurma adlandırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciya ştatında ona qarşı irəli sürülən ittihamları uydurma adlandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Fox News Digital yazıb. Trampın sözlərinə görə, bu, siyasi motivli ittiham aktıdır və onun siyasi kampaniyasının ortasında istifadə edilməsinə qərar verilib. Bundan əlavə, Tramp əlavə edib ki, ona qarşı irəli sürülən ittihamlar “cadugər ovu”nun davam etdiyini təsdiqləyir. Eks-prezident dəfələrlə vurğulayıb …

Read More »

Polşa Ukraynadakı münaqişə fonunda orduda islahatlara başlayır

“Polşa təcili qaydada orduda islahatlara başlayır”. Boyukmillet.com xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda bildirib. O, Ukraynadakı münaqişə fonunda ordunun müdafiə qabiliyyətinin gücləndirilməsini zəruriliyini söyləyib. Prezidentin sözlərinə görə, bu prosesin tərkib hissəsi kimi ordunun komandanlıq və nəzarət sistemi dəyişilməlidir. A.Duda bildirib ki, dəyişikliklər ölkənin silahlı qüvvələrinin komandanlıq sisteminin standartlaşdırılması zərurətinə görə həyata keçirilir. İslahatlar Birləşmiş Qüvvələr Komandanlığının yaradılmasını və …

Read More »

Son sutkada Rusiyanın İran istehsallı 15 PUA-sı vurulub

Son sutkada Ukraynaya hücum edən Rusiyanın İran istehsallı 15 “Shahed” pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, həmçinin 8 qanadlı raket zərərsizləşdirilib. Hücumun nəticələri dəqiqləşdirilir.

Read More »

Kim Çen In ölkədə raket istehsalını artırmaq üçün tapşırıqlar verib

Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen In ölkənin əsas hərbi zavodlarına baş çəkib və raket istehsalının kəskin artırılması üçün tapşırıq verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Kim Çen In həmçinin bildirib ki, KXDR ordusu əzici hərbi gücə malik olmalı və istənilən vaxt istənilən müharibəyə cavab verməyi qarşısına məqsəd qoymalıdır.

Read More »