“Türkiyə hesab edir ki, İsraillə diplomatik münasibətlərin kəsilməsi ilə bağlı qərarlar kollektiv xarakter daşımalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Cəzirə telekanalına müsahibəsində deyib. “Biz İsraillə münasibətləri kəsmək məsələsini nəzərdən keçirdik, lakin hesab edirik ki, bu, digər müsəlman ölkələrinin də iştirakı ilə kollektiv qərar olmalıdır. Biz Vaşinqtonun İsraili tam dəstəkləməsi və daimi atəşkəsi qəbul etməməsi ilə …
Read More »Dünən 26 humanitar yük maşını Qəzzaya daxil olub
Humanitar yardım daşıyan ən azı 26 yük maşını cümə günü “Rəfah” nəzarət-buraxılış məntəqəsi vasitəsilə Qəzza zolağına daxil olub. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrailin Fələstin torpaqlarında hökumət fəaliyyətləri üzrə koordinatorunun (COGAT) ofisi məlumat yayıb. “Humanitar yardım daşıyan 26 yük maşını yoxlanılaraq “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzzaya göndərilib”, – ofisin “X” sosial şəbəkəsindəki səhifəsində yayımlanan məlumatda deyilir. Anklav ərazisinə 12 …
Read More »Türkiyə turizmin mərkəzinə çevrilib
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı rəqəmlərə əsasən, hazırda Türkiyədə bir milyondan çox otel çarpayısı davamlı turizm yoxlamaları və sertifikatları alıb. “OLAYLAR” Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən bildirir ki, Türkiyənin Milli Davamlı Turizm Proqramı çərçivəsində 1.044.189 çarpayılıq 7.500-dən çox otel Dayanıqlı Turizm Təsdiqi və Sertifikatı ilə təltif edilib. Sertifikatlaşdırma prosesi Qlobal Davamlı Turizm Şurası ilə tərəfdaşlıq əsasında hazırlanmış Türkiyə proqramının ayrılmaz …
Read More »Türkiyə kəşfiyyatı PKK/YPG-nin rəhbərlərindən birini məhv edib
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/YPG terror qruplaşmasının rəhbərlərindən biri olan Ali Subaşı məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. O, Suriyanın şimalında keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib. A. Subaşının qruplaşmanın ideoloji məsələlər üzrə “məsul şəxsi” olduğu bildirilib.
Read More »İsveç daha bir PKK üzvünü Türkiyəyə təhvil verib
İsveç PKK terror təşkilatının bir üzvünü Türkiyəyə təhvil verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar bildirib. Terrorçunun adı və vəzifəsi hələ ki, açıqlanmayıb. Qeyd edək ki, Türkiyənin terrorçuluqda şübhəli bilinən şəxsərin təhvil verilməsi İsveçin NATO-ya üzv olmaqdan ötrü Ankaranın irəli sürdüyü şərt idi. İlk dəfə İsveç PKK ilə əlaqəsi olan şəxsi 2022-ci ilin dekabrında …
Read More »Volqoqradda hərbi hissədə yanğın olub
Rusiyanın Volqoqrad vilayətində yerləşən hərbi hissədə yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Boçarov bildirib. “Kotluban yaşayış məntəqəsinin yaxınlığında yerləşən hərbi hissələrin birinin ərazisində, yanğın baş verib. Yanğın FHN və Müdafiə Nazirliyinin qüvvələri ilə operativ olaraq lokallaşdırılıb və söndürülüb. Xəsarət alanlar yoxdur, mülki obyektlərə ziyan dəyməyib”, – qubernator deyib. Hazırda yanğının başlama səbəbləri aydınlaşdırılır.
Read More »Şengen bölgəsində təhlükə: 11 ölkə sərhədə nəzarəti gücləndirir
Son günlərdə artan terror riskləri və nəzarətdənkənar miqrasiya Avropa İttifaqına (AB) üzv dövlətlər arasında yoxlamasız və nəzarətsiz gediş-gəliş praktikasını təhlükə altına qoyub.Boyukmillet.com xəbər verir ki, Avropa Birliyi vətəndaşlarının vizasız səyahət etdiyi 27 ölkəni əhatə edən Şengen bölgəsindəki 11 ölkə pasport yoxlaması və nəqliyyat vasitələrinə baxış da daxil olmaqla sərhəd məhdudiyyətlərini yenidən tətbiq etməyə başlayıb. İtaliya bu ay qonşusu Sloveniya ilə …
Read More »KİV: Türkiyə ilin sonuna kimi İsveçin NATO-ya üzvlüyünü təsdiq edəcək
Türkiyə ilin sonuna kimi İsveçin NATO-ya üzvlüyünü təsdiq edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya KİV-nə Türkiyə Böyük Millət Məclisindəki (TBMM) mənbə bildirib. Qeyd olunub ki, İsveçin NATO-ya üzvlüyü prosesi 2023-cü ilin sonuna qədər başa çata bilər. Bildirilib ki, parlament bu məsələyə sabahdan etibarən baxacaq: “Hansısa gözlənilməz hadisə olmasa, proses ilin sonuna qədər başa çata bilər”. Qeyd edək ki, …
Read More »Nümayəndələr Palatası ABŞ-nin müvəqqəti büdcəsində Ukrayna və İsraili nəzərdə tutmayıb
ABŞ Konqresi Nümayəndələr Palatası hökumətin şatdaundan yayınması məqsədi ilə səs verdiyi müvəqqəti büdcə layihəsində Ukrayna və İsrailə əlavə yardımlar nəzərdə tutulmayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı CNN yayıb. Spiker Mayk Consonun təqdim etdiyi qanun layihəsinin lehinə 336 nəfər (onlardan 209-u Demokrat partiyasının nümayəndələri), əleyhinə 95 nəfər (93 respublikaçı və 2 demokrat) səs verib. Qeyd edək ki, iki mərhələdə həyata keçirilən …
Read More »Yəməndə husilər İsrailə hücum edib
Yəmən husilərinin “Ansar Allah” hərəkatı Eylat da daxil olmaqla İsrailin bir neçə obyektinə raket zərbələri endirib. Boyukmillet.com “Al Masirah” telekanalına istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Saria bildirib. Onun sözlərinə görə, “İsrailin Fələstin ərazilərindəki müxtəlif hədəflərinə, o cümlədən Umm ər-Rəşraş bölgəsindəki həssas (İsrail üçün) hədəflərə (Eyla – red.) ballistik raketlərlə zərbələr endirilib. Saria qeyd edib ki, raketlər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar