Bazar ertəsi , 12 Yanvar 2026

Digər ölkələr

İngiltərədən dünyanı ŞOK EDƏN QƏRAR – O bölgəni “müstəqil dövlət” elan etdi – SƏRT TƏPKİ

İngiltərə parlamenti Çin-Birləşmiş Krallıq münasibətlərinə təsir edəcək qərar qəbul edib.  Boyukmillet.com xəbər verir ki, İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin bu gün dərc etdiyi hesabatda Tayvan ilk dəfə olaraq “müstəqil ölkə” kimi müəyyən edilib.  Komitənin hesabatında deyilir: “Tayvan hazırırda müstəqil bir ölkədir. Tayvan daimi əhali, müəyyən edilmiş ərazi və digər ölkələrlə əlaqə qurmaq imkanları da daxil olmaqla, dövlətçilik üçün bütün şərtlərə malikdir.” …

Read More »

Türkiyədə sabiq nazirin meyidi tapıldı

Türkiyənin keçmiş qida və kənd təsərrüfatı naziri Kutbettin Arzu Türkiyə Böyük Millət Məclisinin (TBMM) nəzdindəki yaşayış evlərinin birinin hovuzunda ölmüş vəziyyətdə tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Cümhuriyyət” məlumat yayıb. Hadisəyə ilkin səbəb kimi ürəktutması göstərilir. Faktla bağlı istintaq başladılıb. Qeyd edək ki, 68 yaşlı K.Arzu 2015-ci ildə nazir vəzifəsini icra edib.

Read More »

Bu halda ABŞ-ın Ukraynaya yardımı dayandırılacaq

Əgər Vaşinqtonun Kiyevə silah ötürməsi ABŞ-ın döyüş hazırlığına mənfi təsir göstərsə, bu yardım dayandırıla bilər. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin silah təchizatı üzrə müşaviri Uilyam Laplant deyib. Laplantın sözlərinə görə, ABŞ-ın döyüş hazırlığı hərbi idarənin rəhbərliyi tərəfindən diqqətlə izlənir. Həmçinin, Kiyevə kömək üçün Vaşinqton müttəfiqləri ilə birlikdə Ukrayna Silahlı Qüvvələri tərəfindən ən çox istifadə edilən artilleriya mərmiləri də …

Read More »

Avqustun 31-də Moskvada Rusiya və Türkiyə XİN başçılarınının görüşü olacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 31-də Moskvada danışıqlar aparacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat daxil olub.

Read More »

BMT Malidən sülhməramlı missiyasını çıxarır

BMT-nin Malidəki sabitləşmə üzrə çoxölçülü kompleks missiyası (MINUSMA) bu ölkədən sülhməramlı kontingentinin çıxarılmasının birinci mərhələsini başa çatdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “France24” telekanalı məlumat yayıb. “Mavi Dəbilqəlilər” birinci mərhələdə nəzərdə tutulan son bazaları – ölkənin şimalındakı Ber, Qundam və şərqdəki Menaka şəhəri ərazisini tərk ediblər. İkinci və son mərhələ başlayıb. Qeyd edək ki, ikinci mərhələ dekabrın ortalarına qədər …

Read More »

Türkiyədə 4,8 maqnitudalı zəlzələ olub

Bu gün səhər saatlarında Türkiyənin Konya şəhərində 4,8 maqnitudalı zəlzələ olub. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Qeyd edilib ki, zəlzələ 13 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə hələ ki məlumat yoxdur.

Read More »

KİV: Fransa ECOWAS-ın arxasında gizlənərək Nigerə hücum etmək istəyir

Fransa Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) regional ittifaqı adı altında fəaliyyət göstərərək Nigerə qarşı hücum etmək niyyətindədir. Boyukmillet.com  xəbər verir ki, bunu TASS-a müsahibəsində Nigerin xəbər agentliyinin baş redaktoru Abdurahman Şehu Qərbi Afrika ölkəsinə xarici qüvvələrin mümkün müdaxiləsindən danışarkən deyib. “ECOWAS özü region ölkələrindəki ictimai rəyin, ənənəvi liderlərin, müsəlman ilahiyyatçıların təzyiqi, habelə maddi-texniki problemlər və maliyyə çatışmazlığı səbəbindən (Nigeri …

Read More »

Liviyanın XİN başçısı israilli həmkarı ilə görüşə görə vəzifəsindən uzaqlaşdırılıb

Liviyanın Milli Birlik Hökumətinin baş naziri Abdel Hamid Dbeyba xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nəcla Manquşu israilli həmkarı Eli Koenlə görüşünə görə tutduğu vəzifədən uzaqlaşdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb. Onun barəsində araşdırmanın aparıldığı qeyd edilir. Agentlik xəbər verir ki, iki ölkənin xarici işlər nazirlərinin son görüşü ilə bağlı bəyanatlar fonunda Liviyada kiçik etiraz aksiyaları …

Read More »

Priqojının ölümü rəsmən təsdiqlənib

Rusiyanın İstintaq Komitəsi “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojının ölümü rəsmən təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS müvafiq quruma istinadən məlumat yayıb. “Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların kimliyinin müəyyənləşdirilməsi başa çatıb, onların arasında Priqojın da var”, – qurum açıqlayıb. Xatırladaq ki, avqustun 23-də – “vaqnerçilər”in qiyamından düz 2 ay sonra – Bakı vaxtı ilə saat 19:20-də …

Read More »

Rusiya sadəcə bir istiqamətdə 100 mindən çox hərbçi cəmləşdirib

Liman-Kupyansk istiqamətində Rusiya qoşunlarının sayı 100 min nəfərdən çoxdur. Hazırda bu istiqamətdə müdafiə əməliyyatı aparılır. Boyukmillet.com xəbər verir ki, bu barədə telemarafonun efirində Ukrayna qoşunlarının şərq qrupunun mətbuat xidmətinin rəhbəri İllya Yevlaş bildirib. “Məsələn, dünənə kimi düşmən, müdafiəçilərimizin mövqelərinə 620 hücum həyata keçirib, 15 hava zərbəsi endirib”, – Yevlaş açıqlayıb. Eyni zamanda, onun sözlərinə görə, rusiyalılar öz aktivliyini Kupyansk istiqamətindən …

Read More »